"Rəvan" daha bir futbolçunu heyətinə qatdı

14.01.2013 | 3834 dəfə oxunub

Qış "transfer pəncərəsində” heyətini gücləndirməkdə olan "Rəvan” növbəti transferini həyata keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda Azərbaycan milli komandasının sabiq futbolçusu Nodar Məmmədovun keçidini rəsmən həll edib.

"Qəbələ”dən transfer edilən 24 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Qeyd edək ki, mərkəz müdafiəçisi yaxın keçmişdə əsas millinin də şərəfini qoruyub. O, 4 oyunda milli formanı geyinib. Millinin U-17 və U-19 komandalarının da formasıni geyinmiş Nodar gənclərdən ibarət milli komandanın (U-21) kapitani da olub. Onun 2007-ci il sentyabrın 11-də U-21-lər arasında təşkil olunan Avropa Çempionatının Xorvatiya ilə səfər matçında 2 qol vurduğunu da əlavə edək.

Məmmədov keçidlə bağlı klubun rəsmi saytına danışıb: "Futbolçu karyeramda yeni səhifə açılır. Ümid edirəm ki, bu, həm mənim, həm də "Rəvan” üçün uğurlu olacaq. Əməkdaşlığımızın məhsuldar alınacağına tam əminəm. Məncə, "Rəvan” heç də "Qəbələ”dən zəif deyil. Olsa-olsa, maddi baxımdan hardasa gerilik görmək olar. Ancaq mən pulu yox, futbolu düşünürəm. Baş məşqçi Ramil Əliyevin etimadını qazanmaq üçün məşqlərdə səylə çalışacam. Təxminən 1 aydan sonra, yəni çempionatda mübarizəyə yenidən start veriləndə əsas heyətin üzvü olacağıma inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail