Xəqani Məmmədov sədrlikdən gedir
AFFA Hakimlər Komitəsinin sədri Xəqani Məmmədov vəzifəsi ilə vidalaşmalı olacaq. Bu barədə xəbəri “Het-trik news”a adının açıqlanmasını istəməyən hakimlərimizdən biri verib. Onun sözlərinə görə, X.Məmmədov hakimlərin 15-29 yanvarda Antalyada baş tutacaq təlim-məşq toplanışından, ya da ən geci mövsüm başa çatdıqdan sonra öz istəyi ilə sədrlikdən gedəcək. Bununla belə o, vəzifəsiz qalmayacaq. Belə ki, Hakimlər Komitəsinin nəzdində fəaliyyət göstərən komissiyalardan birinin rəhbəri təyin olunacaq.
Daha bir xəbər isə ondan ibarətdir ki, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi birləşdiriləcək və futzal üzrə FİFA referisi Elçin Məmmədov sədr olacaq. Artıq Elçin Məmmədovun təyinatı ilə bağlı hakimlər və hakim-inspektorlar arasında təlaş baş qaldırıb. Üzdə deməsələr də, çoxları ictimaiyyət arasında bu xəbərdən açıq-aşkar şəkildə narazılıqlarını bildirirlər.
Qeyd edək ki, “H-T news” bir müddət əvvəl hakimliklə bağlı dərc olunan yazıların birində hakimlərimizin hər il verdikləri normativ-testlərlə bağlı baş verən özbaşınalıqlara toxunmuşdu. Hər il yay və qışda hakimlərdən götürülməli olan normativ-testlər nədənsə bu il təxirə salındı. Bu və Hakimlər Komitəsində gözlənilən dəyişikliklə bağlı geniş araşdırmanı növbəti saylarımızın birində oxuya bilərsiniz.
“Het-trik news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |