Ronaldodan azərbaycanlı futbolçuya hədiyyə

15.01.2013 | 3885 dəfə oxunub


Futbol üzrə Portuqaliya millisi və İspaniya "Real"ının aparıcı oyunçusu Kriştiano Ronlado "Bakı" futbol klubunun hücumçusu, 19 yaşlılar arasında Azərbaycan millisinə namizəd Valeh Seyidova öz imzası ilə fotosunu hədiyyə olaraq, göndərib. Stadium.az xəbər verir ki, şəkil Portuqaliya Futbol Federasiyası vasitəsi ilə Azərbaycan Futbol Federasiyasına oradan isə ünvanına çatdırılıb.
Portuqaliya Futbol Federasiyasının idman direktoru bu yaxınlarda Azərbaycanda səfərdə olub. Bu vaxt o, "Bakı"nın təlim-məşq bazasına baş çəkib. O, 17 yaşlılar arasında oyun zamanı Valeh Seyidovun Ronaldusayağı "fintlə" qolunun görüntüsünü izləyib. Direktor bildirib ki,  Portuqaliyaya qayıtdıqdan sonra bunu Ronalduya danışıb. Məşhur futbolçu da sözügedən hədiyyəni Valeh Seyidova göndərib.
Qeyd edək ki, Portuqaliya bu ilin martında 2014-cü ildə futbol üzrə dünya çempionatının seçmə qrup oyunu çərçivəsində Azərbaycan millisi ilə Bakıda üz-üzə gələcək.
Prineylilər səfər zamanı "Bakı"nın bazasında məskunlaşacaq. Direktorun sözlərinə görə, onda Ronaldunun Valeh Seyidovla şəxsən görüşəcəyi də nəzərdə tutulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail