Rəşad Sadiqov: "Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir" Müsahibə

15.01.2013 | 5832 dəfə oxunub

Antalya hazırlığını davam etdirən "Neftçi" PFK-nın kapitanı Rəşad Sadiqov klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edri: 

- Hazırlığın dörd günü artıq geridə qalib. Gündəlik məşqlərdə fiziki yükləmələrin öhdəsindən gəlmək çətin deyil ki?

- Bu mərhələ fiziki keyfiyyətlərin artırılmasına hesablanıb. Bu ilk baxışdan çətin görünə bilər. Amma gördüyün işi sevirsənsə, ondan ləzzət alırsansa yorulmursan. Əsas şərt isə abu-havadır. Klub prezidenti Sadıq Sadıqov bura gəldiyimiz gündən komandanın düşərgəsindədir. Klub prezidentinin komandanın yanında olması əhval-ruhiyyənin yüksəlməsi ilə yanaşı, futbolçulara əlavə stimul verir. Bu hazırlıqdan maksimum şəkildə yararlanmaq istəyirik.

- Qarşıdakı günlərdə keçiriləcək yoxlama oyunları ilə bağlı nə deyə bilərsən?

- Yoxlama oyunlarında ən vacib amil hazırlığın faydasını görmək və futbolçuları yoxlamaqdır. Təbii ki, nəticənin də xeyrimizə olmasını istəyirik. Futbolu qol vurmaq üçün oynayırsan, dolayısı ilə qələbə üçün.

- Antalya hazırlığının bəhrəsi nə olacaq?

- Bizi yalnız çempionluq düşündürür. Bütün əməyimizi bu yolda sərf edirik. Mövsümün ilk yarısında ağır oyun qrafiki səbəbindən bir-neçə qarşılaşmada vacib xallar itirdik. Ardıcıl üçüncü çempionluğu əldə etmək üçün əlimizdən gələni edəcəyik. Ölkə kubokunu da unutmayaq. Hər iki cəbhədə bir məqsəd üçün vuruşacağıq. Bizi sevən hər kəs Avropadakı yolumuzun davamını gözləyir. Onların da etimadını yerə vurmarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail