"Azərbaycanda bəzi futbolçular qəlyan çəkməyə çalışır, bəziləri məscidlərə gedir" Müsahibə

15.01.2013 | 5299 dəfə oxunub

"Rəvan”ın polşalı qapıçısı Lukaş Sapela qış fasiləsiylə əlaqədar yollandığı vətənində maraqlı müsahibə verib. Stadium.az xəbər verir ki, Polşa mətbuatına açıqlamasında 30 yaşlı qolkiper həm klubundan, həm də paytaxtımız Bakıdan razılığını ifadə edib. Qeyd edək ki, Lukaş artıq klubun düşərgəsində ümumi qrupda məşqlərinə qatılır.

- Əvvəlcə zədən barədə danışardın. Bu necə baş verdi?

- "Rəvan”dakı 3-cü matçımın 20-ci dəqiqəsində ayağım qırıldı. Müdafiəçimiz bir az ləngidi və mən irəli şığıdım. Rəqiblə toqquşmada ayağım sındı. Çox küt ağrılar var idi. Lakin mən o qədər iddialıyam ki, məşqçidən əvəzlənməyimi istəmədim. Fasiləyə kimi belə davam etdim və qol da buraxmadım. Hətta 2-ci hissəyə də çıxmaq istəyirdim. Lakin ayaqlarım sözümə qulaq asmadı. 3 gün sonra isə sınıq ayaqla məşqlərə başlamaq istədim. Ağrılardan əziyyət çəkdiyimdən klubun həkimi ilə xəstəxanaya getdim. Onda məlum oldu ki, ayağım qırılıb. Hirsimdən qapıya elə yumruq vurdum ki, həkim də qorxdu. Sonra isə oturub ağladım”.

- Yəni ayağının sındığını ilk gündən bilmirdin?

- Xeyr. Mən məşqlərdə iştirak edirdim. Düşünürdüm ki, hər şey tezliklə yoluna düşəcək.

- Sizin oyunlara cəmi 250 nəfər adam gəlir. Bu dəhşətli göstərici deyil?

- Elədi. Futbol azarkeşlər üçün oynanılsa da, orda belə problemlər var. Bu mövsüm "Neftçi” Avropa Liqasında çıxış edəndə onların oyunlarına 15-20 minə yaxın tamaşaçı gəlirdi. Elə yığmanın da oyunlarına maraq böyükdü. Sadəcə, çempionat matçlarına maraq azdı. Ancaq inanın ki, iki ildən sonra hər şey tam fərqli olacaq.

- Polşada belə söhbətlər dolaşırdı ki, Sapela ilə Burxardt ("Simurq”un polşalı hücumçusu) üçüncü dünyaya gedib...

- Üçüncü dünya? Bu nə deməkdi? Bakıda normal yaşamaq üçün hər şey var. Paytaxtda 2-4 milyon aralığında insan yaşayır.

- Bu düzdü ki, Azərbaycanda daha çox süni örtüklü meydançalarda oynayırlar?

- Bəli. Bizim də stadionumuz süni örtüklüdü. Əlbəttə, bu zədə almaq riskini artırır. Amma Bakının iqlimi ilə təbii ot örtüyünü il boyu normal qaydada saxlamaq çox çətindi.

- Maliyyə problemi yoxdu?

- Xeyr. "Rəvan” həmişə məvacibləri vaxtında ödəyir. David Petrkeviçin oynadığı "Simurq”da da hər şey qaydasındadı.

- Polşadakından daha yaxşı pul verirlər?

- Bizim klublarda böyük problemlər var. Ona görə də yayda mənə dəvət gələndə, Azərbaycan klubunu seçməyə qərar verdim.

- Azərbaycanda səni daha nə təəccübləndirdi?

- Polşada oyundan sonra bir neçə bakal pivə içməyə adət etmişdik. Amma Azərbaycanda vəziyyət fəqlidi. Yerli futbolçular əsasən çay içməyə üstünlük verirlər. Bəziləri qəlyan çəkməyə çalışır, bəziləri isə məscidlərə gedirlər.

- Azərbaycan futbolunun əsas problemi nədi?

- Mən Azərbaycan futbolunun Polşadakından geri qaldığını iddia edə bilmərəm. Deyin, cari mövsüm Polşanı avrokubokların qrup mərhələsində hansısa komanda təmsil edirdi? Yox. Amma Azərbaycan "Neftçi”nin çıxışı ilə nəfəs alırdı. İki il sonra bu ölkənin futbolu daha da güclənəcək. Sadəcə, burda çox emosional hakimlər var. Biz polşalı referilərdən narazı qala bilərik. Amma azərbaycanlılarla müqayisədə, bizim hakimlər Çempionlar Liqasına layiqdilər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail