"Bakı" mötəbər turzim sərgisində iştirak edəcək

15.01.2013 | 2753 dəfə oxunub

"Bakı" futbol klubu 30 yanvar-3 fevral 2013-cü il tarixlərində İspaniyanın paytaxtında keçiriləcək 33-cü FUTUR Beynəlxalq Turizm sərgisində iştirak edəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyi tərəfindən təşkil olunan Azərbaycan bölümündə turizm və biznes sahələri ilə yanaşı idman sektoru da təmsil olunacaq.
Madridin İFEMA sərgi mərkəzində 5 gün ərzində davam edəcək beynəlxalq sərgidə "Bakı" futbol klubunun infrastruktir çalışmaları, uşaq futbolu, futbol akademiyasının fəaliyyəti, beynəlxalq əlaqələr, o cümlədən, "Atletiko" ilə əməkdaşlıq barədə ətraflı məlumat veriləcək, təbliğat-təşviqat materialları, klub atributları, tarixi video və audio vəsaitləri yayılacaq. 
"Bakı" futbol klubu və İspaniyanın "Atletiko" klubları arasında əməkdaşlıq çərçivəsində nəzərdə tutulan əməkdaşlıq şərtlərdən yararlanan klub bu mötəbər sərgidə "Atletiko" saatları təşkil edəcək.  "Atletiko" futbolçuları təyin olunan saatlarda sərgidə futbol geyimləri imzalayaraq, ziyarətçilərə hədiyyələr edəcəklər.
FUTUR sərgidi dünyanın ən böyük sərgi-nümayiş mərkəzlərindən biri kimi qəbul olunur. 33-cü dəfə keçiriləcək ənənəvi sərgi daim tək İspaniyanın deyil, eyni zamanda iş dünyasının diqqtə mərkəzində olur. Ötən il sərgini 54 ölkəni təmsil edən 6313 jurnalist işıqlandırıb. Bu günədək sərgiyə 167 ölkədən 9567 şirkət və dövlər strukturu qatılıb. Ötən il FUTUR sərgisini 140 min Madrid sakini və şəhərin qonaqları ziyarət edib.
Sərginin gedişi və "Bakı"nın bu mötəbər sərgidə iştirakı ilə əlaqədar daha ətraflı məlumat veriləcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail