"İnter" AFFA-nın hesabına Antalyaya gedir

15.01.2013 | 3855 dəfə oxunub

Ötən mövsümdə U-17 Azercell Liqasının çempionu olan "İnter"in 17 yaşlılardan ibarət komandası çempionatının ikinci dövrəsinə hazırlıq məqsədilə Türkiyəyə yola düşəcək. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, AFFA tərəfindən gerçəkləşdiriləcək səfərdə 20 futbolçu iştirak edəcək. Toplanışda iştirak edəcək 20 nəfərdən 15-i 1996-cı il təvəllüdlü, digər 5-i isə 1997-ci il təvəllüdlü futbolçulardır.
Komanda Türkiyədə Antalyanın Lara bölgəsində yerləşən 4 ulduzlu "Hadrianus" otelində məskunlaşacaq. Toplanış yanvarın 20-də başlayacaq və ayın 30-na kimi davam edəcək.  
Qeyd edək ki, Arif Əmirxanovun yetirmələri toplanış çərçivəsində 2 yoxlama görüşündə qüvvəsini sınayacaqlar. Yanvarın 25-də "İnter" "Antalyaspor" klubunun U-17 komandası ilə qarşılaşacaq, iki gündən sonra futbolçularımız Gürcüstanın "Olimpik"(Tbilisi) klubunun U-17 komandası ilə üz-üzə gələcəklər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail