“Sevdiyim qızı ataram, amma heç vaxt futboldan əl çəkmərəm” Müsahibə

15.01.2013 | 5082 dəfə oxunub

Het-trik newsqəzeti ənənəsinə sadiq qalaraq uşaq futboluna bu dəfə yer ayırdı. “Bakının aşağı yaş qrupu komandalarında bir çox istedadlı oyunçular var ki, onlardan biri Məhəmmədəli Zeynalovdur. Mövsümün sonundaBakıdanAtletikoya gedəcək uşaqlar arasında olan Məhəmmədəli ilə söhbətimiz onun dünyasından oldu.

- Məhəmmədəli, futbola necə gəlmisən, necə alındı gəlişin?

- Futbola marağım çox idi, buna görə lap balacalıqdan oynayırdım. Elə bununla da futbola öz istəyimlə gəldim.

- Neçə yaşından başladın?

- Lap balacalığımdan futbol oynayıram, amma kluba ötən ildən gəlmişəm.

- Bəs buna kimi harada oynayırdın?

- Ona kimi ancaq öz dostlarımla oynayırdım.

- Bəs kluba kimlə getdin, “Bakıya səni kim apardı?

- Heç kim. Əvvəlcə seçimlərə getdim, orada özümü yaxşı tərəfdən göstərdim deyə, məni komandaya götürdülər.

- Bəs niyəBakı seçdin?

- Mənim fikrimcəBakıdaha yaxşıdır.

- Niyə?

- Yaxşıdır da. Bu komandada hər şey var. Bizə çox yaxşı baxırlar, əla şərait var.

- Sən Tovuzdansan?

- , elədir.

- yaxşıTuranı yox, “Bakı seçmisən?

- Mən Bakıda yaşayıram, ona görə Bakı seçdim. Bəlkə Tovuzda qalsaydım, ondaTuranı seçərdim.

- Heç düşünürsən ki, böyük futbolçu olandaTuranda da oynayasan?

- , ola bilər.

- Böyüyəndə hansı futbolçuya oxşamaq istəyrsən?

- Əslinə qalanda mənim ən çox xoşladığım futbolçu Messidir. O, həqiqətən dünyanın ən yaxşı futbolçusudur. Amma inanmıram ki, onun kimi futbolçu olum. Ancaq baxıram ki, oyun tərzim Ronaldoya daha çox bənzəyir.

- Öz oyunundan razısan?

- Bəli, hələlik razıyam.

- Azərbaycanda hansı futbolçu kimi olmaq istəyirsən?

- Burada isə daha çox Rauf Əliyevin çıxışını bəyənirəm.

- Hansı kluba milliyə azarkeşlik edirsən?

- Mən futbola baxmağa başlayandan eləBarselona İspaniya millisinə azarkeşlik edirəm.

- Ailən sənin futbol həyatına mane olmur?

- Yox, onlar da istəyirlər yaxşı futbolçu olum.

- Axı valideyinlər həmişə övladlarının dərs oxumasını üstün tuturlar...

-  Onlar da istəyirlər mən dərslərimi yaxşı oxuyum, amma mən hər ikisini necə lazımdırsa yerinə yetirirəm. Həm futbolumu oynayıram, həm dərslərimi yaxşı oxuyuram.

- Futbolun dərsinə mane olmur?

- Yox, hələlik mane olmur. Gələcəkdə universitetə hazırlaşanda əlavə hazırlıqlara gedəcəm, ola bilsin ki, onda mane ola bilər.

-  Dərs yaxşıdır, yoxsa futbol?

- Mənə görə futbol.

- üçün?

- Çünki futbolu daha çox sevirəm, dərslə aram yoxdur.

- Ağır məşqləri dərs oxumaqdan üstün sayırsan?

- , futbola olan marağım sonsuzdur.

- Gələcəkdə hansı komandada oynamaq istəyirsən?

- EləBakıda qalmaq istəyirəm.

- Xarici klublardan?

- Xarici ölkələrdən İtaliya, İspaniya, İngiltərə çempionatlarında oynamaq hər bir futbolçu kimi mənim arzumdur. Onda özümü əsil futbolçu sayaram.

- Milli komanda arzuların necədir?

- Mən hamı kimi millidə oynamağı arzu edirəm.

- Ailən sənə çox dəstək olur futbolda?

- , hər cür kömək edirlər mənə.

- SənBakıdanAtletikoya gedəcək uşaqlar arasındasan, elədir?

- Düzdür. İnşallah bu mövsümün sonunda gedəcəyik.

- Səni seçdilər, yoxsa özün istədin?

- Seçdilər.

- “Barselonaolsa, necə olardı?

- Əlbəttə, “Atletikoya yox, “Barselonaya getsəm əla olardı. İndi ora gedirik , neyləyək.

- “Atletikoda sevdiyin futbolçu var?

- , Radamel Falkao xoşuma gəlir. Çox yaxşı hücumçudur.

- Bəs Arda Turan?

- O da xoşuma gəlir, yaxşı oyunçudur, amma Falkao daha yaxşıdır.

- Tutaq ki, getdinAtletikoya. Bu səfər sənə qazandıracaq?

- Orada böyük təcrübə qazanacam. Çünki onlarda futbol bizimkindən həm fərqli, həm üstündür.

- Səni futboldan ayıra bilər?

- Heç .

- Birdən sevdiyin qız futbolçu olmağına etiraz etsə?

- Onu razı salaram, amma futbolu atmaram.

- Qızı atarsan?

- Yox, bir çarə taparam da.

- Birdən qız razılaşmadı?

- Onda sevdiyim qızı yola salaram, amma heç vaxt futboldan əl çəkmərəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail