Sabahın ulduzu - Vüsal Qənbərov

16.01.2013 | 7011 dəfə oxunub

Bu uşağı ilk dəfəŞəfastadionunda - övladlarımıİnterfutbol klubunun 2003- il təvəllüdlü uşaqlardan ibarət komandasına aparanda görmüşəm. Oyunu hamı kimi məni valeh eləmişdi. Yaşıdlarından çox seçilirdi - istər texnikası, istər sürəti, istərsə zərbələri ilə. “İnterin 10 yaşlılardan ibarətÜmidkomandasının heyətindəSabahın ulduzlarıbirinciliyində çıxış edir, turnirin bombardiridi. Əminliklə söyləyə bilərəm ki, həqiqətən sabahın ulduzu olacaq. Söhbət 10 yaşlı istedad Vüsal Qənbərovdan gedir. Atası Vüqar Qənbərovla söhbət zamanı məlum oldu ki, o, artıq 3 dəfə oğlunu Barselonaya aparıb Vüsal orada futbol kurslarında iştirak edibSonuncu kursdan bir neçə gündür qayıdıblar. Vüqar bəylə səfər təəssüratları, Vüsalın Barselonada keçdiyi məşq prosesləri başqa mətləblərlə bağlı söhbət etməyi qərara aldım.

* Vüsal 4 ildən çoxdur, “İnterfutbol klubunda məşq edir. İlk məşqçiləri Rövşən Babayev Elmir Mirzəyev olublar. Hazırda məşqçiləri Eldar Ağaxanovdu. İki il əvvəl internet vasitəsilə Kataloniyada yerləşən bir neçə uşaq futbol məktəbi haqqında məlumat topladım. Lazımi sənədləri hazırlayandan sonra ötən ilin fevralında İspaniyaya yola düşdük. Bizimlə hazırda Barselonada olan Rüzgar İbrahimzadədə getmişdi. Oğlum orada Kataloniyanın peşəkar futbolçuların taktiki, texniki fiziki hazırlıqları ilə məşğul olan 5 aparıcı klubların birində –  “Marset Fondasionda məşqlərə başladı. Qeyd edim ki, “Marset Fondasionsəviyyəsinə görə heç BarselonaEspanyolfutbol klublarının nəzdində olan uşaq futbol məktəblərindən geri qalmır. Bu məktəbi 60-70-ci illərdə İspaniya millisinin oyunçusu olmuş Xavyer Marset yaradıb hazırda övladları onun işini davam etdirirlər.

* Vüsal ikinci dəfə iyun-iyul aylarında həm sözügedən klubda, həm Barselonada məşqlər keçdi. Sonuncu kursdan isə bir həftə əvvəl qayıtmışıq. Vüsalgil Lamasiyada məşq keçdilər. Həm məşq prosesi, həm asudə vaxtımız çox maraqlı keçdi. Əvvəl olduğu kimi bu dəfə Vüsalı çox bəyəndilər. Marsetdə oğlumun göstəriciləri əla oldu – 10 ballıq şkala ilə 8-10 bal toplaya bildi. Barselonada isə qiymətləndirmə 3 ballıq şkala ilə ölçülür. Burada da Vüsal texnikaya görə 3, taktikaya görə isə 2 bal aldı. Yaddaqalan hadisələrdən ən maraqlısıBarselonanın əsas heyətinin məşqini canlı izləməyimiz oldu. Təsəvvür edinadi məşq prosesinə baxmaq üçün stadionda 40 min adam var idi. Özü giriş pulu idi - 5 avro. Valideynlərdən fərqli olaraq, kurslarda iştirak edən uşaqlar üçün heç bir ödəniş lazım deyildi.

* Kataloniyada bütün futbol klublarında məşqlər ayrı-ayrı yaş qrupları üzrə vahid metodika ilə keçilir. Hər yaş qrupunun özünəməxsus proqramı var. Marsetdə gündə 4 dəfə olmaqla cəmi 6, Barselonada isə 4 saat  məşq prosesi olur. Məşğələlərdən sonra uşaqlar mütləq hovuzda dincəlməlidilər. Bu əzələlərin bərpası üçün nəzərdə tutulur. Bütün məşğələlər topladır. Uşaqların fiziki cəhətdən yüklənməsi qadağandır. Çünki fiziki yük uşaqların inkişafda olan əzələ sümüklərinə mənfi təsir göstərə bilər. Uşaqlar zamanın rəqibin təzyiqi altında məşq keçirlər. Lori dildə desək, bura qısa zaman kəsiyində qərar qəbul eləmək, ötürmə vermək, texniki fənd işlətmək s. aiddir. 7 yaşından etibarən hər bir futbolçuya futbol taktikasını mükəmməl yerinə yetirənədək öyrədirlər. Məsələn, Vüsal solaxaydı, sağ ayağından çox az istifadə edirdi. Son kursda onun sağ ayağını açdılarBir sözlə, ayrı-ayrı yaş qrupları üçün proqramlar vahid metodika əsasında tərtib edilmişdir ki, bu daBarselonanın hazırki baş məşqçisi Tito Vilanovaya məxsusdur

* Marset fundasionda məşqlər ödənişlidir. İntensiv kursların bir həftəsi 350, 10 günü isə 550 avrodur. Marsetdə  istənilən uşaq kurslarda iştirak edə bilər. AncaqBarselonada başqa cürdür. Bura xüsusi istedadlı uşaqlar dəvət olunur məşğələlər həftəsi 350 avro olmaqla  ödənişli olur. Vüsalın oyununa baxdıqdan sonra onuBarselonaya dəvət eləmişdilər. Oradakı kurslarda iştirak etdikdən sonra təklif elədilər ki, İspaniyada qalsın. Ancaq şərtlərdən biri bizi qane etmədi. Belə ki, valideynlərdən biri mütləq Vüsal ilə  Barselonada qalmalı idi. Bu isə mümkün deyildi. Qeyd edim ki, bu şərt 14 yaşına kimi uşaqlara şamil edilir. Həm bu yaşa kimi futbolçunun orada qalması, oxuması, məşq etməsi böyük xərc tələb edir. 14 yaşından yuxarı uşaqların isə valideynləri ilə müqavilə bağlanır futbolçu təmənnasız akademiyada futbol təhsili ala bilir.

* İspaniyanın katalon futbolu öz metodikası, pedaqoqikası, futbol fəlsəfəsi ilə seçilir və səviyyəsinə görə dünyada birincidir. Bunu bütün dünya qəbul edir. Məşqçilər əsasən ispandilli ölkələrdənBraziliyadan, Argentinadan, Meksikadan, Çilidən İspaniyanın özündəndi. Oradakı kurslara dünyanın hər yerindənİtaliyadan, İngiltərədən, Fransadan, Rusiyadan, Yaponiyadan hətta Braziliyadan da uşaqlar gəlirlər. Bu uşaqlar istedadlı olub-olmamasından asılı olmayaraq kurslarda iştirak edə bilərlər. AmmaBarselonauşaq məktəbinə düşmək üçün mütləq istedad lazımdır. Maraqlı bir faktı qeyd edimvaxtiləBarselonada çıxış edən dünyada məşhur olan Romarionun oğlunu klub qəbul eləməyib. Səbəb isə sadədiroğulda atasında olan istedaddan zərrə qədər nişanə yox idi.

* Azərbaycanda son zamanlar uşaq futboluna qayğının artması göz qabağındadır. Ancaq dövlət dəsiəyinin olması heç işin hamısı deyil. Klublarımızda uşaq futbolu vahid metodika ilə tədris olunmalıdır. Məşqçilər, əsasən cavanlar xaricdə ən azı 6 aylıq kurslarda iştirak etməlidilər. Azərbaycanda elə klublar var ki, nəzdindəki uşaq futbolunda çalışan bəzi məşqçilərin heç məşqçilik lisenziyası yoxdur. İspaniyada bu amilə xüsusi diqqət yetirirlər. MəsələnAkateqoriyası almaq üçün məşqçi 6 ay oxumaqla yanaşı, ildə ən azı 400 saat futbol klubunda məşq keçməlidir. Ötən kurslardaBarselonada Vüsalın məşqçisi var idiXavi. HazırdaEspanyolun ikinci məşqçisi vəzifəsində çalışır. Bunu ona görə deyirəm ki, Azərbaycanda elə məşqçilər var ki, uşaq futboluna dırnaqarası baxırlar, özlərinə aşağı yaş qrupları ilə işləməyi sığışdırmırlar. Amma, əslində uşaq futbolunda işləmək xeyli səbəblərə görə peşəkar futbola müqayisədə çətindir. Biz İspaniyada olanda yeni ili qeyd eləmək üçün normal restoran tapa bilmədik. Hara gedirdinsə, rastımıza stadion çıxırdı. Bakıdakı restoranların yarısı qədər stadionumuz olsa, futbolun inkişafı bir az da sürətlənər.

* Vüsalı gələcəkdə tanınmış futbolçu kimi görmək istəyirəm. Ən böyük arzum isə Avropanın tanınmış klublarının ən əsası millimizin formasını geyməsidir. Bunun üçün bütün gücümü səfərbər eləmişəm. Vüsal üçün Xavi, İnyesta, Messi, Fabreqas başqa ulduzların yetişdirənBarselonanın uşaq futbol məktəbində məşq keçməsi bəyənilməsi özü-özlüyündə böyük uğurdu. Onun indiki səviyyəyə çatmasında təkcə qatıldığı kursların deyil, həm müəllimlərinin böyük zəhməti var. Oğlum həm akrobatika ilə məşğul olur. Fursətdən istifadə edərək, həm akrobatika müəllimləri , həm İnterfutbol klubunun məşqçilər korpusuna, xüsusilə məşqçisi Eldar Ağaxanova Vüsalın bir futbolçu kimi yetişməsində göstərdikləri qayğı zəhmətə görə minnətdarlığımı bildirirəm.

İlqar VAQİFOĞLU, "Het-trik news" qəzeti



  #1   Adınız: Mustafa;   E-mail: [email protected]

08.07.2015 19:19

Vusal uje messi oldun?

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail