Nikolas Kanales: "Neftçi” artıq Avropa futbolu ailəsinə daxil olub" Müsahibə

16.01.2013 | 3507 dəfə oxunub

Hazırlığı Antalyada davam etdirən “Neftçi” PFK-nın hücumçusu Nikolas Kanales klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqim edir:

- Mövsümün ilk yarısı heyətdə ən çox oyun keçirənlərdən biri də sən oldun. İstirahət müddətində dincələ bildinmi?

- İstirahət müddətində ailəmlə birlikdə idim. Yaxınlarımla şəhəri gəzməyə çıxırdıq, amma daha çox dənizə gedirdik. Uşaqlıqdan dənizi çox sevirəm. Dəniz yorğunluğu aradan qaldırmaqla yanaşı həm də sakitləşdirir. Hə, bir də Bakıda bişirilən kabab çox xoşuma gəldiyindən orda da oxşar bir şey hazırlamağa çalışdıq. Deyə bilərəm ki pis də alınmadı.

- Komandada hər kəs səni mütaliə etməyi sevməyinlə də tanıyır.

- Elə bu da istirahətin bir növüdür. Futbol oynamaqla yanaşı kitab oxumağı da sevirəm. Məncə hər insan bacardığı qədər mütaliə etməlidir. Hazırda “Varlı adamla kasıb adam” romanını oxuyuram. Çox maraqlıdır. Bəzi insanlar sosial şəbəkələrə daha çox üstünlük verir. Məncə bu insanı həm yükləyir, həm də vaxtını alır. Ona görə də kitaba üstünlük verirəm.

- Hazırda Azərbaycan çempionatının ən sərrast futbolçususan. Üstəlik Avropa Liqasında vacib qollara imza atmısan. Maraqlıdır Çili mətbuatı bu barədə nə yazır?

- Çilidə olduğum müddətdə mətbuat mənimlə mütəmadi əlaqə saxlayırdı. İstər televiziya, istərsə də qəzetlər buradakı oyunumu diqqətdə saxlayırlar.

- Bahodir Nasimov son müsahibəsində səninlə eyni vaxtda meydanda daha faydalı ola biləcəyini deyib. Sənin buna münasibətin necədir?

- Bahodir çox güclü və səviyyəli futbolçudur. O keçən mövsüm çempionatın bombardiri olub. Bahodirlə eyni vaxtda meydanda olmağı çox istərdim. Birlikdə hücum xəttini daha da gücləndirə bilərik. Mənim nə qədər qol vurduğum önəmli deyil. Əsas komandanın uğurudur və hədəfimiz çempionluqdur. Yalnız qızıl medalları qazandıqdan sonra çox qol vurduğuma görə sevinəcəm. “Neftçi” artıq Avropa futbolu ailəsinə daxil olub. Biz bu ailənin daimi üzvü olmaq niyyətindəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail