Millimiz dünya reytinqində 118-ci yerini qorudu

17.01.2013 | 2956 dəfə oxunub

FİFA milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, ötən ayla müqayisədə millimizin mövqeyində heç bir dəyişiklik olmayıb. Yığmamız əvvəlki kimi 118-ci pillədə qərarlaşıb. Komandamızın aktivində 277 reytinq balı var. Millimiz sıralamada Bəhreyn, Malavi, Mozambik, Surinam, Oman kimi ölkələrdən geri qalır. 

Dünya çempionatının seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alan Portuqaliya (7), Rusiya (9) və Lüksemburq (148) millilərinin mövqeyində də ötən ayla müqayisədə dəyişiklik olmayıb. Əvəzində İsrail 2 pillə irəliləyərək, 76-cı yerə yüksəlib. Şimali İrlandiya yığması isə əksinə, 2 pillə geriləyərək, 98-ci yerə enib.  

Sıralamanın "ilk 10-luğ"unda heç bir dəyişiklik yoxdur: 

1. İspaniya

2. Almaniya

3. Argentina

4. İtaliya

5. Kolumbiya

6. İngiltərə

7. Portuqaliya

8. Hollandiya

9. Rusiya

10. Xorvatiya

Əlavə edək ki, Türkiyə millisi də əvvəlki kimi 40-cı pillədə qərarlaşıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail