Suares üsyan etdi

17.01.2013 | 3710 dəfə oxunub

 “Liverpul”un uruqvaylı legioneri Luis Suares maraqlı açıqlamalar verib. Stadium.az xəbər verir ki, Suares “Stok Siti”lə oyunda simuliyasiyaya yol verdiyini etiraf edərək, mətbuatın bu olayı həddən artıq şişirtməsinə kəskin etirazını bildirib. Medianın təzyiqinə məruz qaldığından narahatçılığını ifadə edən futbolçu, bunun arxasında “Mançester Yunayted” klubunun dayandığını açıqlayıb: “Haqqımda gəzən cəfəngiyyatlara fikir vermirəm. Oyunlarda hər addım özümü bilərəkdən yerə atdığımı söyləyirlər, hamısı yalandı. Etiraf edirəm ki, “Stok Siti”ylə oyunda belə etdim və sonra da çox peşman oldum. Amma, keçən oyunların birində istəmədən top əlimə dəydi və qol vurdum. Qoldan sonra əlimi öpməyimi yalnış yozdular. Mətbuat belə qalmaqallı informasiyaları sevir, çünki bundan yaxşı gəlir əldə edirlər. Belə lazımsız olaylar haqqında deyil, əsl futboldan yazın. “Mançester Yunayted” meydanda olduğu kimi, meydandan kənarda da çox güclüdü. Bu baxımdan media onlara həmişə yardımçı olur. Ümumiyyətlə, İngiltərədə cənubi amerikalı futbolçular tez-tez təzyiqlərlə üzləşir. Tevez və Aqueranın da dediyi kimi, burada bizə qarşı çox fərqli davranırlar. Amma, nə etmək olar ki?!  Bu yerli əhalinin mədəniyyətindən irəli gəlir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail