Anar Salmanov: "Artıq çəki ilə bağlı problemim var" Müsahibə

18.01.2013 | 3062 dəfə oxunub

FIFA referisi Anar Salmanov affa.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
 
- Bir neçə gündür ki, Türkiyədə təlim-məşq toplanışındasınız. İlkin təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, biz təkcə təlim-məşq toplanışları zamanı hazırlıq keçmirik. Hələ Bakıda ikən həftədə iki dəfə fiziki hazırlıq üzrə məşqçi Namiq Quliyevin rəhbərliyi altında, qalan günlərdə isə fərdi məşq edirdik. Bununla formamızı qoruyub-saxlamağa çalışırdıq. Burada isə hazırlığımızı artırmaq üçün əlimizdən gələni edirik.
 
- Bura gəlməmişdən əvvəl artıq çəki ilə bağlı probleminiz var idimi?
- Bu toplanışdan əvvəl normativ verməmişik. Ümumiyyətlə, artıq çəki ilə bağlı problemim var. Çalışıram ki, aradan qaldırım.
 
- Hazırlıq prosesi necə davam edir?
- Hərtərəfli hazırlıq keçirik. Gündə iki dəfə fiziki məşqlər edirik. Bunun nəticəsində tədricən yaxşı formaya düşməyə başlayırıq. Eyni zamanda nəzəri və praktiki məşqlərimiz olur. Nəzəri məşqlər zamanı müxtəlif oyunlardan epizodlara baxır, onları təhlil edirik. Buraxılan səhvlər müzakirə olunur və nəticə çıxarmağa çalışırıq. Bundan başqa, hakimlərimiz oyunlar idarə edirlər. Bizlərdən biri həmin oyuna baxış komissiyası kimi gedir. Oyundan sonra idarəçiliyin müsbət və mənfi tərəflərini deyir. Burada maraqlı müzakirələr gedir. Əsas odur ki, hər kəs deyilənlərdən nəticə çıxarsın və öz üzərində daha çox işləsin.
 
- Burada idarə etdiyiniz oyunlar sizin üçün nə dərəcədə səmərəlidir?
- Bizə AFFA rəhbərliyi yaxşı şərait yaradıb. Bunun üçün onlara təşəkkür edirik. Hər gün demək olar ki, 3-4 oyun idarə edirik. Oyunların əksərində yüksək səviyyəli komandalar qarşılaşır. Belə oyunları idarə etmək bizim üçün müsbət amildir. Bu hakimlik praktikamızın itməməsinə kömək etməklə yanaşı, Topaz Premyer Liqasının ikinci mərhələsinə tam hazır olmağımıza yardımçı olacaq.
 
- FIFA təlimatçısı Valentin İvanov da bu toplanışda iştirak edir...
- O, təcrübəsini bizimlə bölüşür. Verdiyi tövsiyələrlə hansı epizodlarda hansı qərarın qəbul olunmasının düzgünlüyünü bizə göstərir. Bir sözlə, Valentin İvanovun bizə çox xeyri dəyəcək.
 
- Bu ildən etibarən Əliyar Ağayevlə Rəhim Həsənov FIFA referisi kimi fəaliyyətdə olacaqlar. Onların perspektivini necə görürsünüz?
- Əvvəla deyim ki, indiyə qədər Fariz Yusifov və Vüsal Əliyev Azərbaycanı Avropada layiqincə təmsil ediblər. Əliya Ağayevlə Rəhim Həsənov gənc hakimlərimizdir. Onların böyük perspektivləri var. Hesab edirəm ki, onlar etimadı doğruldacaqlar. Yanvarın sonunda İtaliyanın Roma şəhərində imtahan verəcəklər. Düşünürəm ki, ölkəmizi ən yüksək səviyyədə təmsil etmək üçün əllərindən gələni edəcəklər.
 
- Beynəlxalq karyeranızla bağlı nə deyə bilərsiniz?
- Hazırda Mehman Mahmudovla birlikdə istedadlar qrupundayam. İndiyə qədər beynəlxalq səviyyəli 10 oyun idarə etmişəm. Ümumilikdə, idarəçiliyimi yaxşı qiymətləndirmək olar. Mart ayında hesabat dövrünə yekun vurulacaq. Bu zaman daha yüksək kateqoriyaya keçəcəyim və ya daha iki il istedadlar qrupunda qalacağım dəqiqləşəcək.
 
- Ötən il beynəlxalq arenada müxtəlif səviyyəli oyunlar idarə etdiniz. İdarəçiliyiniz necə dəyərləndirildi?
- Demək olar ki, bütün oyunlarda mənim, eyni zamanda hakimlər briqadasının idarəçiliyi müsbət qiymətləndirildi. Verilən qiymətləri açıqlamaq düzgün olmazdı, bununla belə, deyim ki, qiymətlər yaxşıdır.
 
- Gələn ay Topaz Premyer Liqasının və ölkə kubokunun ən gərgin dönəmi başlayacaq. Özünüzü buna hazır sayırsınızmı?
- Düşünürəm ki, qış fasiləsinə qədər olan dövrdəki idarəçiliyimi normal qiymətləndirmək mümkündür. Düzdür, müəyyən səhvlərim olmuşdu. Özüm də hər oyundan sonra idarəçiliyimi təhlil edirəm. Ümumilikdə, hakimlərimizin fəaliyyəti yaxşı olmuşdu. İndi hər hansı qərəzdən söhbət gedə bilməz. İkinci mərhələyə tam hazır olmaq üçün var gücümüzlə çalışırıq. Mənə elə gəlir ki, toplanışın sonunda bunu bacaracaq səviyyədə olacağıq. Mən də, həmkarlarım da oyunları ən yaxşı şəkildə idarə etməyə çalışacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail