Mehman Hacıyev istedad axtarışında

18.01.2013 | 3845 dəfə oxunub

Əsas komanda ilə müqayisədə təlim-məşq toplanışını Gəncədə keçirən "Kəpəz"in əvəzedici heyətinin üzvlərindən test götürülüb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, futbolçuların müxtəlif məsafələr üçün qaçış sürəti yoxlanılıb. Komandanın əvəzedici heyətinin baş məşqçisi Mehman Hacıyev bu barədə xəbər verib: "Uşaqlar 30, 15 və 7,5 metr məsafəyə qaçdılar. Burda sürətlə yanaşı dözümlülük də vacibdir. Yerindən təkanla tullanmada da oyunçuların vəziyyətini yoxladıq. Çempionatın startı öncəsi yenə komanda üzvlərindən test götürüləcək. Nəticələr bir daha gözdən keçiriləcək".
Komandaya yeni gələn Hacıyev təyinatı haqda da fikirlərini bizimlə bölüşüb. Əvəzedicilərin özü üçün yad olmadığını bildirib: "Elə "dubl"dan əsas heyətə getmişdim, indi də köhnə komandama geri döndüm. Əvəzedicilərə dönüşümlə bağlı verilən qərarı doğru addım hesab edirəm. Bu gün əsas komandada gördüyünüz gənclər bir vaxtlar rəhbərliyim altında oynayıblar. Çalışacağıq ki, bunun davamı gəlsin və yeni-yeni istedadlar tapıb, "Kəpəz"ə bəxş edək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail