"Qəbələ" Danimarka klubuna qalib gəldi

20.01.2013 | 2692 dəfə oxunub

Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Danimarkanın “Oure” Akademiyası ilə qarşılaşan "qırmızı-qaralar" matçı yüksək səviyyədə keçirib və 2:1 hesabı ilə qalib gəlib.

Matç 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. “Qəbələ” oyuna qara sarğı ilə çıxıb. Qarşılaşma təmsilçimizin sürətli hücumları ilə başlayıb. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə fərqlənmək imkanı əldə etsələr də, hesab açılmayıb. 

İkinci hissə də eyni ssenari üzrə davam edib. Lakin hücuma aludə olan “Qəbələ” gözlənilmədən qapısında qol görüb. Hesabda geri düşməsinə baxmayaraq hücumlarını səngitməyən Azər Bağırovun yetirmələri tezliklə status-kvonu bərpa ediblər. Ehtiram Şahverdiyev fərqlənib. “Qəbələ” qoldan sonra təzyiqi biraz da artırıb. Ardıcıl hucumlar matçın sonuna 20 dəqiqə qalmış öz nəticəsini verib və təmsilçimiz hesabda irəli çıxıb. Komandamıza qələbə qazandıran qol Qismət Əliyevin aktivinə yazılıb.

U-17 Antalyadakı son yoxlama oyununu 22 yanvarda keçirəcək. Bu görüşdə “Qəbələ” “Oure” Akademiyasının B komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 23-də isə U-17 Antalya toplanışını tamamlayaraq vətənə dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail