“Neftçi” - “Pünik” oyunundan 8 il ötdü

21.01.2013 | 11469 dəfə oxunub

2005-ci ildə Moskvada -Birlik KubokundaNeftçininPünikilə qarşılaşdığı matç yəqin ki, nəinki azarkeşlərin, eləcə Azərbaycan xalqının hafizəsindən silinməyən oyunlar siyahısında bəlkə birincidir. “20 Yanvarfaciəsinə bir gün qalmış baş tutan görüşNeftçinin parlaq qələbəsi ilə başa çatmışdı. Həmin hadisənin üstündən az, çox, düz 8 il keçir. O vaxt oyundan əvvəl sonra baş verənləri, komanda daxili atmosferi başqa maraqlı məqamları oxuculara çatdırmaq üçün komandanın o vaxtkı vitse-prezidenti Ramin Musayev, baş məşqçisi Ağasəlim Mircavadov yarımmüdafiəçisi Mahmud Qurbanovla əlaqə saxladıq

Ramin Musayev: "Hamımızın üzərinə, istər futbolçuların, istərsə rəhbərliyin çox böyük məsuliyyət düşürdü. Həmin oyun 20 Yanvardan bir gün qabaq keçirilirdi. Bu da oyunun əhəmiyyətini birə-beş artırırdı. Yaxşı yadımdadı, o vaxt belə xəbərlər dolaşırdı ki, bu yükün altından ya baş verə biləcək insidentdən qaçmaq üçün oyun təxirə salınsın, keçirilməsin. Amma, “Neftçinin o vaxtkı prezidenti Rövnəq Abdullayev sərt şəkildə buna qarşı çıxdı. Oyun mütləq keçirilməli, komanda çıxıb nəyə qadir olduğunu göstərməli qələbə qazanmalı idi. Oyun baş tutdu təbii ki, qalib gəldik.

Qarşılaşmanı izləməyə xeyli sayda Moskvada yaşayan həmyerlilərimizlə yanaşı Bakıdan da azarkeşlər gəlmişdilər. “OMONgücləndilirmiş rejimində idi çox az sayda azarkeşDinamomanejinə keçə bildi. Qalanları bayırda, şaxtalı gündə, buzun üzərində matçın sonunu gözləyirdilər.

Hesab 2:0 olanda ermənilər oyunun yarımçıq dayandırılması üçün provokasiyaya əl atmağa başladılar. Arada insident baş verdi. Turnirin təşkilat komitəsinin rəhbərliyindən hakim-inspektordan icazə alıb meydana daxil oldum. Uşaqları sakitləşdirdim. Təxribata uymamağa çağırdım. İzah elədim ki, onlar onsuz da uduzurlar, istəyirlər oyun yarımçıq dayandırılsın. Sağ olsunlar, axıra kimi dözdülər. Erməni ... hər cür iyrəncliyə əl atır.

Bir il sonra təsadüf elə gətirdi ki, yenəPünik qarşılaşası olduq. Qorxub qaçdılar, “Qaçmaqsözü çox yumşaqdı. Kaş onların necə aradan çıxdıqlarını görərdiniz. Bütün baş verənləri videolentə köçürtdürmüşdüm. Həqiqətən gülməli idi.

İndiyə kimi idmanın bütün sahələrində ermənilərdən üstün olduğumuzu sübut eləmişdik. Təkcə futboldan başqa. Burada da öz gücümüzü onlara göstərdik".

Ağasəlim Mircavadov: "Həmin il biz D qrupunda 1-ci yeri tutmuşduq Pünikin oyunu bizdən sonra idi. Bir məşqçi kimi potensial rəqibin oyununu izləmək üçün Ramin Musayev, Rəşad Sadıxov bir neçə nəfər başqası ilə oyunun keçirildiyiDinamomanejinə getdik (“Pünik” “Skontoilə qarşılaşırdı. Hər iki komandanın eyni xalı var idi. Ermənilərə heç-heçə kifayət edirdi. Belə ki, topların fərqinə görə onlar birinci yerdə idilərİ.T.). Oyun gözlənilmədən 2:2 heçabı ilə başa çatdı, deməli növbəti mərhələdəPünik qarşılaşacaqdıq. Komandanın qaldığıKosmosmehmanxanasına gələndə uşaqların çoxuVidadi Rzayev, Mahmud Qurbanov, Zaur Tağızadə başqaları bizi görüb güldülər. Hamı qarşıda necə məsuliyyətli oyun olduğunu gözəl dərk edirdi. Ayaqüstü onlarla bir qədər söhbət elədikdən sonra hamı dincəlmək üçün öz otağına qalxdı. Səhər oyun idi. Matç yanvarın 19-da Bakı vaxtı ilə 9-da başlayırdı təxminən 2 saat sonra – 11- qurtarmalı idi. Bilirsiniz ki, Sovet ordusu Bakıya məhz yanvarın 19-u gecə saat 11 radələrində soxulmuşdular. Qırğın da elə o vaxtdan başlamışdı.

Düzü, uşaqlarda olan qələbə əzmi, özüzünəinam məni bir qədər rahatlaşdırmışdı. Bundan başqa, Rövnəq Abdullayev, Elşad müəllim, Ramin Musayevin bizimlə olması inam hissini bir qədər artırırdı. Gecə qaldığımız mərtəbədə futbolçuların ilə məşğul olduqlarını öyrənmək üçün bir növ kəşfiyyata çıxdım. Bu məndə adətdi. Bəziləri yatırdı, biziləri isə qapının arxasında söhbət eləyirdilər. Mövzunu bildiyimdən narahat eləmədim. Gecəni demək olar ki, yatmadıq. Ara-sıra Rövnəq müəllimə zənglər gəlirdi otaqdan çıxıb bayırda danışırdı. Bilirdim ki, yuxarılardan komandadakı vəziyyət barədə xəbər alırdılar. Belə bir gərgin vəziyyətdə həqiqətən respublika rəhbərliyinin dəstəyini hiss edirdik.

Səhər tezdən yeməkdən sonra rəhbərliyin iştirakı ilə toplantı keçirdik Rövnəq müəllim onların qarşısında necə bir məsuliyyətli işin durduğunu söylədi. “Neftçinin arxasında bütün xalqımızın dayandığını bildirdi. Özüm əvvəldən uşaqlarla təkbətək söhbət eləmişdim. Oyunun keçirildiyiDinamomanejinə gələndə Moskvada yaşayan xeyli sayda azarkeşlərimiz bizi çoşqu ilə qarşıladılar. Onların əksəriyyəti stadiona daxil ola bilməsələr , stadionun kənarından bizi dəstəkləyirdilər. Həm oyun Az.TV ilə canlı yayımlanmırdı.

Oyun haqda deyə bilərəm, çoxlu qol epizodlarımız oldu. Amma ilk hissədə onlardan istifadə edə bilmədik. İkinci hissənin əvvəllərində rəqibin zərbəsi dirəkdən döndü. Elə bil uşaqlar bir qədər ayıldılar. Bir neçə dəqiqə sonra Adamiya, daha sonra Vidadi qol vurdu. Layiqli qələbə qazandıq. Bu qələbə bütün Azərbaycanın qələbəsi idi.

Oyundan sonra keçirilən mətbuat konfransında keçmiş sovet respublikalarının əksəriyyətindən jurnalistlər iştirak edirdilər. Mətbuat konfransından sonra rus jurnalist mənə yaxınlaşaraq müsahibə götürdü söhbət əsnasında bizim 15 il əvvəl çəkdiyimizdən xəbərdar olduğunu bildirdi. Mən ona bildirdim ki, siz heç vaxt bilməzsiniz Azərbaycan xalqı çəkir. Biri var sizin kimi eşitmək, biri var bizim kimi görmək.

Mehmanxanaya azarkeşlərin müşafiəti ilə döndük. “Kosmosun qarşısında eşitdik ki, uşaqlar ermənilərlə dava eləyirlər. Biz yuxarı qalxanda ara hələ sakitləşməmişdi. Mühafizə xidmətinin əməkdaşları, bizim rəhbərlik, “Pünikin vitse-prezidenti Poqosyanın müdaxiləsindən sonra hər şey qaydasına düşdü. Dava-dalaş zamanı Rəşad bir neçə ermənini əzişdirmişdi. Lap əcəb eləmişdi.

Elə oldu ki, bir il sonra yenidənPünik oynayası olduq. Səhv eləmirəmsə, həmin oyun şəhidlərimizin dəfn olunan gününə təsadüf edirdi. Bir gün əvvəl yenə uşaqları yığıb söhbət elədik. Keçənilki qələbəni təkrarlamağımız lazım idi. Ermənilərin oyuna qisas hissi ilə çıxacaqlırını zənn edirdik. Amma yanılmışdıq. Turnir vaxtı eyni mehmanxanada qalırdıqbiz 4-, “Pünikisə 8-ci mərtəbədə. Eşitdik ki, iclas keçirirlər. Fikirləşdik yəqin oyuna hazırlıqla bağlıdı. Amma bir qədər sonra məlum oldu ki, mehmanxananı tərk edib aeroporta gedirlər. Oyuna çıxana kimi inanmırdıq ki, ermənilər qaçalar. Onlardan desən gözləmək olardı.

Ramin Musayev uzaqgörənlik edib bir nəfərə tapşırdı ki, onların ardınca getsin. Həmin şəxs erməniləri düz təyyarəyə minənə kimi izləmişdi baş verənləri videoya çəkmişdi. Bir qədər sonra təşkilatçılar bu xəbəri təsdiqlədilər. Ermənilərin ikinci dəfə dərsini vermək qismətimiz olmadı".

Mahmud Qurbanov: "Ermənilərlə qarşılaşmağımız bizim üçün gözlənilməz olmadı. Qrupdan çıxmaq ehtimalları var idi. Heç-heçə sayəsində bizə rəqib oldular. Biləndə ki, bir gün sonraPünik qarşılaşacağıq, komandada xoş olan qeyri-adi bir atmosfer yaranmışdı. Hamı bir-biri ilə zarafatlaşır, deyib-gülürdük. Yəni, qalib gələcəyimizə əmin idik. Biz bir-birimizə, məşqçilər, rəhbərlik isə bizə güvənirdi. Həm böyük məsuliyyət var idi. Oyunun qanlı faciədən bir gün əvvəl baş tutması bütün nəzərləri bizə yönəltmişdi. Bilirdik ki, düşmən ilə oynayırıq. Ola bilər ki, bəzi oyunçulardamandrajvar idi, amma əminliklə söyləyə bilərəm ki, heç mən buna rast gəlmədim. Uduzmaq heç ağlımıza da gəlmirdiÇünki bizi heç kim bağışlamayacaqdı. Olan hörmətimizi itirəcəkdik. Oyundan əvvəl toplantılar olurdu. Sağ olsun azarkeşlər rəhbərlik, bizə mənəvi dəstək olurdular. Şükür Allaha, üzüqara olmadıq. Bizə olan inamı, etibarı doğrultduq. Oyunun çətin keçdiyini demək olmazdı. “Pünikdən qat-qat üstün oyun nümayiş etdirdik. “Neftçiəsl komanda idi, hamı bir-birini gözəl başa düşürdü. Hərdən elə olurdu ki, bir baxışla kimin edəcəyini, necə edəcəyini əvvəlcədən bilirdik. Vidadiyə verdiyim ötürmə elə buna sübutdu. Xətlər arasında əlaqə yüksək səviyyədə idi. Bir sözlə həmin oyun biz qalib gəlməli idik.

Oyunun gedişində bizim uşaqlarla erməni futbolçular arasında qalmaqal da düşmüşdü. Rəşad Sadıxovla onların kapitanının sözləri çəp gəlmişdi. Oyundan sonraKosmosun holunda əməlli-başlı dava düşdü. Komanda komandaya qarşı. Həm onların, həm bizim rəhbərlik mehmanxananın əməkdaşları aranı sakitləşdirdilər. Rəşad orada ermənilərin kapitanına yaxşıcaəl gəzdirmişdi”.

Sevincimizin həddi-hüdudu yox idi. Ermənistan ilə müharibə şəraitindəyik. Hamımız birləşib bu müharibədən qalib ayrılmalıyıq .Bunun üçünsə, hərə üzərinə düşən işi görməyi bacarmalıdı. Biz futbolçuların da üzərinə qalib gəlmək vəzifəsi qoyulmuşdu. Yenə Allaha şükür olsun ki, bacardıq. Oyundan sonra ünvanımıza çoxlu təbriklər gəldi. Hər yerdənazarkeşlərdən, rəhbərlikdən, Moskvada yaşayan adamlarından. Hətta onların bəziləri soyunub-geyinmə otağına daxil olaraq futbolçuları bağırlarına basırdılar. Hətta sonradan bizə ölkə prezidenti cənab İlham Əliyevin təbrikini çatdırdılar. Bakıya bizim üçün ayrılmış xüsusi təyyarə ilə qayıtdıq. Hər şey əla idi.

Səhəri gün, ayın 20- komanda Moskvadakı Azərbaycan səfirliyinə yollandı. Orada “20 Yanvarfaciəsinin 15-ci ildönümü münasibətilə tədbir keçirilirdi. Tədbirdə iştirak etdik, şəhidlərimizi yada saldıq".

6 il sonra tarix təkrarlandı. Amma bu dəfətamaşanın iştirakçılarıİnterMikaidi. 2011-ci il elə həminki tarixdə baş tutan oyunda yenə bizimkilər, belə demək mümkünsə, ikiqat qalib gəldilər. Həmin vaxtİnterin heyətində oyuna çıxan futbolçulardan bəziləri ilə qələbənin memarı Kaxaber Sxadadze ilə əlaqə saxlamaq komandanın ölkə xaricində təlim-məşq toplanışında olması səbəbindən cəhdimiz alınmadı. Yeganə əlaqə yarada biləcəyimiz kəs hazırdaSumqayıtın şərəfini qoruyan Səlahət Ağayev oldu: 
"Vəziyyət elə gətirdi ki, biz A qrupunda birinci, “MikaisəBqrupunda ikinci yeri tutdu ermənilərlə 1/4 finalda qarşılaşası olduq. Səmimi deyirəm, heç kimdə azacıq da olsa qorxu hissi yox idi. O vaxtİnterçox güclü stabil heyətə malik idi. Legionerlər üstünlük təşkil eləsələr , yerlilər az deyildiArif Daşdəmirov, Rövşən Əmiraslanov, Şəhriyar Rəhimov, Elnur Abdulov başqaları. “Mikabizdən qat-qat zəif idi. Bunu nəticəyə baxanda da açıq-aydın görmək olar. 
Oyundan bir gün əvvəl komandanın iclası oldu. Yığıncaqda futbolçularla yanaşı bir gün əvvəl Sankt-Peterburqa gəlmiş AFFA prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov, klubun prezidenti Cahangir Hacıyev da iştirak edirdilər. Onlar uşaqlarla söhbət apardılar, vəziyyəti izah elədilər. Bundan başqa, baş məşqçi Kaxaber Sxadadze yetirmələrinə oyunun əhəmiyyətindən danışdı. İstər iclasda, istərsə məşqlərdə Kaxaber futbolçulara, əsasən legionerlərə bu oyunu azərbaycanlılara görə udmağın vacib olduğunu, final dan daha əhəmiyyətli olduğunu söyləyirdi. Düzü, heç onlara bunu aşılamağa ehtiyac yox idi. Hamısı bir nəfər kimi oyuna yerlilər kimi hazırlaşırdılar. 
Ermənilərlə bir oteldə qalırdıq. Rəhbərlik baş verə biləcək insidentlə bağlı əvvəlcədən futbolçulara xəbərdarlıq etmişdi ki, onlardan uzaq olun. desən edə bilərlər, futbolçuları provakasiyaya çəkərlər. Amma əslində onlarla üz-üzə gələndə özləri bizdən yan keçirdilər, yol verirdilər. Bu da onların içində bir qorxu hissinin olmasından irəli gəlirdi 
Oyun vaxtı matçın keçirildiyiPeterburqskiarenasında xeyli sayda azarkeş toplaşmışdı. Onların da dəstəyi sayəsində böyükhesablı qələbə qazandıq. Toplardan ikisini Karlson, o birilərini isə Levin Kruqlov vurdu. Mən sona təxminən 20 dəqiqə qalmış Lomayanı əvəzlədim Düzdü, biz həmin oyuna mükafat haqqında heç fikirləşmirdik . Bizim mükafatımız vətənə başıuca qayıtmaq idi. Amma sağ olsun klub AFFA rəhbərliyi, “Mika udandan sonra bizə pul mükafatı ayırmışdılar. Təəssüf ki, məbləği yadıma sala bilmirəm".

İlqar  TAĞIYEV, "Het-trik news" qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail