Zeynal Məmmədov Kamran və Rauf məsələsinə konkret aydınlıq gətirdi
Heyətini böyük ölçüdə dəyişməyi qarşısına məqsəd qoyan “Bakı”da sular durulmağa başlayır. Bir neçə futbolçusunu heyətdən uzaqlaşdıran bakılılar heyətinə qatacağı futbolçulardan ikisini dəqiqləşdirib. Yerli futbolçulardan AZAL-ın kapitanı Aqil Nəbiyevi heyətinə qatan “Bakı” daha ikisinin də işini həll etmək üzrədir. Bunlar isə daha əvvəlcədən də məlum olan Rauf Əliyevlə Kamran Ağayevdir. Klubun vitse-prezidenti Zeynal Məmmədovla əlaqə saxlayaraq məsələnin nə yerdə olmasıyla maraqlandıq: “Hər iki futbolçu hazırda bizim komandanın düşərgəsindədi və məşqlərə qatılırlar, amma bu o demək deyil ki, onlar yuz faiz bizim futbolçulardır. Bunu hardasa 95 faiz söyləmək olar”.
Məsələni tam dəqiqləşdirmək üçün Zeynal müəllimdən əvvəlcə Rauf Əliyevin durumunun nə yerdə olduğunu öyrəndik: “Biz Rauf Əliyevi komandamızda görmək istəyirik. “Qarabağ”da oyunu göz qabağında olub və millinin vuran ayağıdır. Buna görə də indi o düşərgəmizdədir. Raufa görə “Qarabağ” əvvəlcə 100 min dollar istəyirdi, amma eşitmişəm ki, indi 150 min deyirlər. Belə söhbət də düz deyl axı. 100 dedilər, biz də Raufla razılaşdıq. İndi bundan sonra qiymət artırmağın nə mənası var, başa düşə bilmirəm. Amma inanmıram ki, bu söhbətlər Raufun “Bakı”nın futbolçusu olmasına əngəl törədə”.
Raufla müqayisədə Kamranın durumu daha ciddidir. Hər halda, Zeynal müəllimin dediklərindən belə başa düşmək olar: “Kamran Ağayev də millinin əsas qapıçısıdır, yaxşı qapıçıdır və hamı onu əla tanıyır. Kamrana görə getdim “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimovla da danışdım. Mənə dedi ki, Ağayevin “Bakı”ya keçidində heç bir problem yoxdur. Sadəcə Kamran klubdan aldığı pulu geri qaytarmalıdır ki, transfer kağızın versinlər. Bu barədə Kamranla da danışığm oldu, dedi ki, həqiqətən kluba borcu var. İndi Ağayev “Xəzər Lənkəran”a borcunu qaytarmalıdır ki, onun bizim kluba keçidinə problem yaratmasınlar”.
Yayılan digər xəbərə görə isə paytaxt təmsilçisi Rumıniyanın “Otelul Qalat” klubunun hücumçusu Marius Pena ilə anlaşıb. Bunu da Zeynal müəllimlə dəqiqləşdirdik: “O futbolçunu menecerlər mənə təklif edib. Amma kim yazıbsa ki, artıq razılığa gəlmişik, bu, yalan söhbətdir.Marius Penanın klubuyla hələ iki illik müqaviləsi var. Belə olan halda biz onunla necə müqavilə bağlaya bilərik? Yalan söhbətdir, inanmayın. Sadəcə olaraq, Marius Pena bizə təklif olunan futbolçular arasındadır”.
Vitse-prezident sonda transfer çalışmalarının hələ davam edəcəyini də sözlərinə əlavə etdi: “Transfer pəncərəsi bağlanana qədər istədiyimiz futbolçuları heyətə cəlb etməyə çalışacağıq. Buna görə də işimiz tez bitməyəcək”.
"Het-trik news" qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |