“Azarkeşlər bir az hövsələli olsunlar” Müsahibə

21.01.2013 | 5063 dəfə oxunub

Premyer Liqada qış fasiləsinin başa çatmasına 3 həftə vaxt qalır. Komandaların əksəriyyəti təlim-məşq toplanışı üçün ölkədən kənara yollanıblar. Bəziləri isə Azərbaycanda qalmağa üstünlük verirlər. Birinciliyin autsayderiKəpəz onlardan biridir. Bakıda məskunlaşan Dalğa Arenada məşq keçən komandada olan vəziyyətlə bağlı baş məşqçi Mahmud Qurbanovla əlaqə saxladıq.

- Məşqlərə təzə başlamışıq. Perspektivli uşaqlar dəvət eləmişik. Hazırda komandada cəmi 2 legioner varbiri gürcü Sekiaşvili, digəri isə hazırda baxışda olan mordoviyalı futbolçudu. 20 yaşı var. Onunla bağlı hələ ki, yekun qərar verməmişəm. Gündə bir neçə dəfə məşq keçirik. Əsasən hələlik fiziki hazırlığa üstünlük verirəm. Komandaya bir neçə perspektivli gənc dəvət eləmişik. Əgər öz uşaqlarımızdan azacıq da olsa, üstün olsalar, müqavilə bağlayacağıq. Əks təqdirdə yolumuza elə köhnələrlə davam edəcəyik. “Kəpəzin hazırki maliiyə durumu səviyyəli legioner almağa imkan vermir. Məhz bu səbəbdən yerlilərə, əsasən gənclərə üstünlük vermək məcburiyyətindəyik.

- “Kəpəzin son pillədə qararlaşması azarkeşlər arasında da narazılıqla qarşılanır.

- Mən azarkeşlər tərəfindən narazılıqların olması haqda çox eşidirəm. Məşqçilik karyerama təzə başlamışam, bura uduzmaq üçün gəlməmişəm. “Kəpəzsonuncu dəfə mənim oynadığım dövrdə çempion olub. İndi hamıdan çox istəyirəm ki, bir gəncəli kimiKəpəzi düşdüyü bataqlıqdan çıxarım. Kənardan durub indiki vəziyyətə kənardan baxmaqla keçmir. Bizə kömək lazımdı. Demirəm, kimsə bizə gətirib pul versin. Hər şey maddiyatla ölçülmür. Mənəvi dəstəyə böyük ehtiyacımız var. Bu komanda tək mənim deyil. Bütün Gəncənin, azarkeşlərin komandasıdı. Komandanı bu durumdan çıxarmaq üçün onların dəstəyinə ehtiyacımız var. Biz Gəncənin adından, gəncəlilərin adından oynayırıq. Azarkeşlər bir az hövsələli  olsunlar. İnşaallah, hər şey tezliklə qaydasına düşər.

Çətinliklərə baxmayaraq, həvəsdən düşmürük. Məşqlərimizə var gücümüzlə davam eləyirik. Çempionatın bitiminə 5 ay var. Hər şey ola bilər. Hər dəqiqənin öz hökmü varMüqəddaratımız öz əlimizdədi.

- Gəncə stadionunun təbii ot örtüyünün süni ot örtüyü ilə əvəzlənməsi birmənalı qarşılanmır. Sizcə bu, lazımlı qərardımı? 
-  Fikrimcə, öt örtüyünün dəyişdirilməsi yanlış qərardı. Qış aylarında hava şəraitinə görə öt örtüyü ideal vəziyyətdə olmasa da, yaz-yay mövsümündə əksinə, çox gözəl olur. Əsas meydançadansa, ehtiyat meydançalardan birinin süni ot örtüyü olsa, daha məqsədəuyğun olardı. Təsəvvür edin, bu halda komanda heç Bakıya gəlməzdi. Elə Gəncədə, Hacıkənddə məşqlərimizi keçərdik.

Het-trik  news” qəzeti

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail