"Bəzi hakimlər artıq çəkidən əziyyət çəkirdilər" Müsahibə

21.01.2013 | 3020 dəfə oxunub

Hakimlər Komitəsinin fiziki hazırlıq üzrə məşqçisi Namiq Quliyev affa.az saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:
 
- Necə oldu ki, AFFA ilə əməkdaşlıq etməyə başladınız?
- Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında baş müəllim vəzifəsində çalışıram. Bundan başqa, bir neçə peşəkar klubda fiziki hazırlıq üzrə məşqçi olmuşam. Sonuncu iş yerim “Xəzər Lənkəran” klubu olub. UEFA-nın A kateqoriyalı məşqçi lisenizyasına malikəm. AFFA ilə əməkdaşlığım iki ilə yaxındır davam edir. Doğrudur, daha əvvəllər də hakimlərin toplanışlarında çalışmışam. Ötən ildən isə peşəkar əsaslarla Hakimlər Komitəsində məşqçi vəzifəsində işləyirəm.
 
- Bildiyimizə görə, ötən il UEFA-nın təşkil etdiyi seminarda da iştirak etmisiniz...
- 2012-ci ilin mart ayında İspaniyanın Barselona şəhərində seminarda iştirak etmişəm. Orada mənə sertifikat verilib. Eyni zamanda UEFA-nın proqramı üzrə çalışıram.
 
- İş prinsipiniz necədir?
- Qeyd etdiyim ki, əvvəllər ancaq toplanışdan-toplanışa hakimlərlə birlikdə olurdum. İndi vəziyyət fərqlidir. Premyer Liqa hakimlərinə həftədə iki, gənc və perspektivli hakimlərə və qadın hakimlərə həftədə bir dəfə məşq keçirəm.
 
- Həmin məşqlərin səmərəsi hiss olunurmu?
- Bəli. Əvvəllər Türkiyəyə gələndə 3-4 gün itirirdik ki, bütün hakimlər eyni formaya çatsınlar. İndi müəyyən hazırlıq keçirlər deyə, belə vaxt itkisi ilə üzləşmirik. Onu da qeyd edim ki, nəzəri məşqlərlə yanaşı, biz gündə iki dəfə fiziki hazırlıq üzrə məşq keçirik.
 
- Türkiyəyə gələn zaman hakimlərimizdə hər hansı problem var idimi?
- Problemdən qaçmaq mümkün deyil. Bəzi hakimlər artıq çəkidən əziyyət çəkirdilər. Bir neçəsində isə zədə var idi. İndi onların vəziyyətində xeyli irəliləyiş var.
 
- Yanvarın sonlarında gənc FIFA referiləri Əliyar Ağayevlə Rəhim Həsənov İtaliyanın Roma şəhərində normativlər verəcəklər. Onlar fiziki cəhətdən buna hazırdırlarmı?
- Hər iki hakim öz işinə məsuliyyətlə yanaşır. Daim öz üzərlərində işləyirlər. Onların hazırkı formalarını nəzərə alıb deyə bilərəm ki, bu normativləri vermək onlar üçün problem olmamalıdır.
 
- Hakimlərin məşqlərə yanaşması sizi qane edirmi?
- Burada həm təcrübəli, həm də gənc hakimlər iştirak edirlər. Yaşından asılı olmayaraq, onlar məşqlərdə verilən tapşırıqları lazımınca yerinə yetirirlər.
 
- Toplanışı başa çatdırdıqdan sonra hakimlərdən normativlər götürüləcək. Necə düşünürsünüz, onlar bunun öhdəsindən gələ biləcəklərmi?
- İndidən hər biri üçün qəti nəsə demək çətindir. Ancaq hazırkı vəziyyət onların əksəriyyətinin normativlərin öhdəsindən gələcəyini göstərir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail