Branimir Subaşiç: "Qarabağ"a çempionluq üçün gəlmişəm"

22.01.2013 | 3367 dəfə oxunub

"Qarabağ" Elvin Musazadə, Kristian Torresin ardınca daha bir keçidi həll edib. Stadium.az Ağdam klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, Azərbaycana gəlmiş ən güclü qoleadorlardan sayılan Branimir Subaşiç  artıq "Qarabağ"ın uğurları üçün tər tökəcək. Azərbaycan millisinin də şərəfini qoruyan Banya artıq "Qarabağ"ın düşərgəsinə qoşularaq ilk məşqinə də çıxıb. Subaşiç klubun saytına keçid və hədəfləri haqqında danışıb:

"Artıq neçə illərdir Azərbaycanda oynayıram. Özümü burda əcnəbi saymıram. "Qarabağ"ı da elə yaxşı tanıyıram. Demək olar ki, əksər futbolçularla tanışam. Komandada məni çox yaxşı qarşıladılar. "Qarabağ"ın sistemi, məqsədi hər şeyi bəllidir. Əla kollektiv var. Futbol oynamaq üçün bütün şərtlər var. Bilirəm ki, cari mövsüm komandanın hədəfi çempionluqdur. Bura oynamağa və komandaya fayda verməyə gəlmişəm. Bunun üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnanıram ki, mövsümün sonunda çempionluğu bayram edəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail