"Həmin gün səhərə kimi uşaqlardan demək olar ki, heç birinin gözünə yuxu getmədi" Müsahibə

23.01.2013 | 5008 dəfə oxunub

“20 Yanvarfaciəsi xalqımızın Azərbaycan tarixinə qara hərflərlə yazılmış hadisəçlərdən biridir. 23 il əvvəl tərkibində xeyli erməninin olduğu Sovet ordusu Bakıda bir neçə rayonlarımızda qanlı iğtişaşlar törətdi. Yüzlərlə soydaşımız qəhrəmanlıqla həlak oldu. Üstündən 15 il keçəndən sonra – 2005-ci ilin həm “20 Yanvarfaciəsini, həm Qarabağda baş verənləri azacıq da olsa, ovuda biləcək olay baş verdi. Yanvarın 19-da Birlik kuboku uğrunda yarışların 1/4 final mərhələsindəNeftçiErmənistanınPünikkomandası ilə qarşılaşırdı. Bu oyun başqa vaxt olsa idi, bəlkə , bir o qədər ajiotaj doğurmazdı. Məhz faciənin ildönümündən bir gün əvvələ təsadüf etməsi vəziyyəti daha da gərginləşdirirdi. “Neftçi” “Püniki məğlub etdi. Həmin tarixi görüşün iştirakçılarından olan ermənilərin qapısından 2-ci topu keçirən Vidadi Rzayevlə əlaqə saxladıq. Veteran futbolçuPünik matç haqda yadında qalanları bizimlə bölüşməklə yanaşı, futbolumuzun hazırki durumu ilə əlaqəli olan bir neçə sualımızı da cavablandırdı:

- Həmin günü yaxşı xatırlayıram, yaddan çıxası hadisə deyil. Bizim üçün qara bayram idi. 15 il əvvəl Bakıda baş verən qanlı hadisələrin ildönümünə cəmi bir gün qalırdı. Xalqımızın şəhidlərə yas saxladığı bir gündə ermənilərlə qarşılaşmaq qalib gəlmək... sözlə ifadə etmək çox çətindi.

Qələbə qazanacağımıza inanırdıq buna məcbur idik. Üzərimizə böyük məsuliyyət düşürdü. Gizlətməyəcəm, inamla yanaşı, hamımızda böyük həyəcan da var idi. Üzdə bildirməsək , daxilən çox narahat idik. Həmin gün səhərə kimi uşaqlardan demək olar ki, heç birinin gözünə yuxu getmədi. Hamı oyun haqda fikirləşirdi. Biri-birimizdən soruşurduq görən nəticə necə olacaq. Bir işi görməmişdən əvvəl, gərək ola biləcək ziyanı fikirləşəsən. Düşünürdük ki, birdən olmadı elə, oldu beləuduzduq, üzlə camaatın gözünə baxacağıq. Futbol elə bir oyundu ki, nəticəni əvvəlcədən demək düzgün deyil, Topdu da, birdə gördün ki, sənin qapındadı.

Oyundan bir gün əvvəl iclas oldu. Ağasəlim müəllim, vəziyyəti uşaqlara başa saldı. Onsuz da hamımız hansı yükün altına girdiyimizi yaxşı anlayırdıq. Rəhbərlikbaşda Rövnəq Abdullayev, Ramin Musayev, Ağasəlim müəllim başqaları olmaqla bizə ürək-dirək verdilərSağ olsunlar belə bir gündə bizə mənəvi dəstək oldular. Oyun günü qolumuza qara bağlayıb meydana çıxdıq. Təşkilatçılar əvvəl buna etiraz elədilər. Amma rəhbərliyin işə qarışmasından sonra fikirlərindən daşındılar.

Oyun haqda deyə bilərəm... əsasən bizim üstünlüyümüz şəraitində keçdi. Birinci hissədə bir neçə qol vəziyyəti yaratdıq. Amma son nöqtəni qoya bilmədik. İkinci hissədə ermənilərin cərimə zərbəsindən vurduğu top üst dirəyə dəydi. Bu, onların yeganə qol vəziyyəti idi. Bir qədər sonra Georgi Adamiya hesabı açdı. Ardınca Mahmud məni qapıçı ilə təkbətək çıxardı... 2:0. Çox sevincli idik. Qoldan sonra uşaqlar məni o qədər sıxmışdılar ki, halım qalmamışdı. Zarafat deyil, iki gündən bir oyuna çıxırdıq. Özü süni örtüklü meydançada. Yaş da yavaş-yavaş sözünü deyirdi. Ağasəlim müəllimdən əvəzlənməmi istədim. Adamiya haqda bir neçə kəlmə demək istəyirəm. Komandada bir neçə legioner var idi. Vəziyyəti gözəl anlayırdılar. Onlardan biri Georgi idi. Komandaya təzə qoşulmuşdu. Gürcüstanlı olduğundan digərlənirə baxanda bizim erməninərlə münasibətlərimizdən daha çox xəbəri var idi. Oyuna çıxdı, kişi kimi mübarizə apardı qolunu da vurdu. Bir sözlə, gürcü balası əsl azərbaycanlı, əsl türk kimi vuruşdu. Bizə nəticə lazım idionu da vuruşaraq, döyüşərək qazandıq. Bütün xalqımız qazandı. İnsaf naminə deyim ki, “Pünik”  heç zəif komanda deyildi. Amma həmin vaxt Ermənistan millisi olsa, dərsini almalı idi. Həmin gün mən qol vursam da, əsas qələbə idi. Hətta oyundan əvvəl uşaqlar zarafatlaAllah eləsin özləri öz qapılarına qol vursunlar, amma biz udaqdeyirdilər. Yəni kimin qol vurmağı önəmli deyildi.

- Oyundan sonra qaldığımız mehmanxanada insident olmuşdu...

- Bir neçə erməni Rəşad Sadıxovla dava eləmişdi. Düzü, bayaq dediyim kimi, halım yox idi otelə birinci çatanlardan idim. Dava-dalaş səngiyəndən sonra eşitdim ki, Rəşad ermənilərin dərsini necə lazımdırsa verib. Sadıxov orada əsl kişi kimi hərəkət eləmişdi. Halaldı ona.

- Bir il sonra tarix yenə təkrarlandı...

- Həmin il mən artıqNeftçi deyildim. Bizə məğlubiyyətdən sonra onları Yerevanda çox pis qarşılamışdılar. Komandanı daş-qalaq eləmişdilər. Məlum məsələdir ki, ikinci dəfə uduzmaqdan qorxdular.. Ermənidən desən gözləmək olar. Bir daha sübut elədilər ki, qorxaq millətdilər. İkinci dəfə uduzsalar, yəqin Ermənistana buraxmayacaqdılar (gülür).

- Futboldan kənar qalmısan. Özün hansısa komandada işləmək istəmirsən, yoxsa dəvət yoxdu.

- Bir müddətQəbələ işlədim. Daha sonraKəpəz Mehman Allahverdiyevə kömək elədim. Doğru deyirsiniz, indi futboldan uzaq duşmuşəm. İşləmək istəyirəm. Amma heç bir klubdan dəvət yoxdur. Çağırlasalar, böyük məmnuniyyətlə əməkdaşlığa hazıram. Hazırda çoxları əcnəbi mütəxəssislərə etmad göstərirlər, yerlilər qalıb kənarda. İnanın ki, bizim uşaqlar onların çoxundan nəin ki, geri qalırlar, hətta bir baş üstündülər.

- “Kəpəzdən söz düşmüşkən, doğma şəhərinin komandasının bu vəziyyətə olmasına səbəb nədir? Səncə, Mahmud Qurbanovun komandanı bu vəziyyətdən çıxarmağa gücü çatacaqmı?

- Gəncə Azərbaycanın ikinci böyük şəhəridər. Bizdə həmişə futbol olub. İndi futbol var. Ammatəəssüf ki, acınacaqlı vəziyyətdə. Bununda birinci səbəbi biganəlikdi. O ki qaldı Mahmuda, təkbaşına heç eləyə bilməz. Mahmud istedadlı futbolçu olub.Komandaya gələndə bir neçə futbolçudan imtina elədi. Yenilərini gətirdi. Amma deyəsən, bu uğurlu nəticə üçün bəs eləmədi. Ardıcıl məğlubiyyətlər onlarda ruh düşkünlüyü yaradıb. Futbolçu gərək ruhdan düşməyə. İnanıram ki, Mahmüd çətin vəziyyətdən çıxa biləcək. Ona uğurlar arzulayıram.

- Yəqin ki, AFFA-nın Gəncə stadionunun meydançasının süni ot örtüyü ilə əvəzlənməsi ilə bağlı verdiyi qərardan xəbərdarsınız.

- Gəncə stadionunun geniş ərazisi var. Əsas meydançadan başqa yardımçı meydançalar da mövcüddür. Fikrimcə, əsas meydançaya toxunmamaq lazımdır. Ondansa, yardımçı meydançalardan birinin ot örtüyünüsüniləşdirməkolar. Həm 3-5 min azarkeş tutumuna malik tribunalar da quraşdırmaq mümkündür. Gəncə elə bir bölgədə yerləşir ki, mart ayından sonra təbii ot  örtüyünə azacıq əl gəzdirməklə, ideal vəziyyətə gətirmək olur. Yardımçı meydançaların birinə süni ot örtüyü ilə əvəzlənsə daha yaxşı olar. Biri təbii, biri süni. Əsas meydança yazıq neyləsin ki, gün ərzində orada bir neçə komandaəsas, əvəzedici Tərəqqiməşq keçir. Belə olduqda ot örtüyünün vəziyyəti əlbəttə, pis olacaq. Bundan başqa, Gəncədə daha iki stadion var – “SpartakMetallurq”. Vəziyyətdəri çox acınacaqlıdı. Heç o qurğuları yada salan yoxdu. Belə bir məsəl vartəmir eləməkdənsə, yenisini tikmək daha yaxşıdı. Gəncə Bakı deyil ki, stadion tikməyə boş yer qalmasın. O qədər istifadəsiz sahələr var. Nəyə görə bu boyda şəhərdə yeni stadion inşa olunmasın? Süni meydança ilə problem qurtarmır ki...

- Son vaxtlarNeftçinin veteranlarının qatıldığı tədbirlərdə görünmürsünüz. Dəvət eləmirlər, yoxsa özünüz istəmirsiniz?

- Niyə istəmirəm ki? Azərbaycan futboluna az-çox tövhəmi verə bilmişəm. Dəvət eləmirlər. Yəqin ki, belə məsləhətdi. Allah hamısının canını sağ eləsin, heç kimdən incimirəm. vaxt çağırsalar, sevə-sevə gələrəm.

- Belə çıxır ki, Vidadi Rzayevi unudublar?

- Deməzdim. Hansısa tədbirə dəvət olunmamağım ya futboldan uzaq duşməyim mümkündü. Əsas odur ki, azarkeşlərin, əsasən yaşlı nəslin yadından çıxmamışam. Onlardan dönə-dönə üzr istəyirəm, bir misal çəkəcəm. Bir məşqçim var idi Nurəddin Əliyev. Vaxtilə istedadlı futbolçu  məşqçi olub. OndanAy Nurəddin müəllim, heç Sizi yada salan yoxdudeyə soruşanda həmişə zarafatla qəbirstanlıq tərəfi göstəribMəni tanıyanların çoxu oradadı. Cavanlardan kim məni tanıyır ki, yada da salsındeyərdi. Allah bütün azarkeşlərin canını sağ eləsin, uzun ömür versin. qədər ki, onlar sağdılarVidadi Rzayev yaddan çıxmaz. Bir siz mətbuat işçilərinə minnətdaram ki, arada zəng edib xatırlayırsınız. İndi dövran gənclərindi. Gördüyümüzü görmüşük, bacardığımızı eləmişik, bizdən eybi yoxdu. Təki onlar həmişə üzdə olsunlar

İlqar VAQİFOĞLU, Het-trik  news” qəzeti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail