Blatter: "Azərbaycan FIFA turnirlərini keçirməyə hazırdır" Müsahibə

22.01.2013 | 3337 dəfə oxunub

FIFA-nın prezidenti Yozef Blatter affa.az və affavideo.az saytlarına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir: 

- Bir neçə ay öncə Azərbaycanda FIFA U-17 Qadınlarası Dünya Çempionatı təşkil olundu. Turnirin təşkilatçılığı ilə bağlı təəssüratlarınızı bizimlə bölüşməyinizi xahiş edirik.
- Öncə onu qeyd etməliyəm ki, bu turnir ilk dəfə idi ki, bir müsəlman ölkəsində keçirilirdi və bu amil futbolun bütün cəmiyyətlərdə inkişaf etməsi üçün çox faydalıdır. Bu baxımdan həmin çempionat tarixi önəm daşıyan bir hadisə idi. Təşkilati işlərə gəldikdə isə, hər şey mükəmməl səviyyədə təşkil olunmuşdu. Təşkilatçılar, söz verildiyi kimi, stadion tikib təhvil verdilər. Turnir gözəl keçirildi və Azərbaycan digər FIFA turnirlərini, eləcə də 2015-ci il Avropa Olimpiya oyunlarını keçirməyə hazırdır və ümumiyyətlə, Azərbaycan bu baxımdan düzgün yoldadır.
 
Bakıda keçirilən U-17 qadınlararası dünya çempionatında biz dünyaca məhşur müğənnilərin çıxışlarını izlədik. Bununla təşkilatçılar futbol və mədəniyyətin vəhdətini yaratdılar. Futbol da məhz bir mədəniyyətdir və cəmiyyətin vacib bir hissəsidir.
 
Ölkənizi və xüsusən də Azərbaycan futbol ictimaiyyətini bu münasibətlə təbrik edir, dövlətinizin başçısı cənab İlham Əliyevə öz hörmətimi və xoş arzularımı çatdırıram.
 
- İlk çempionatın müvəfəqiyyətlə keçirilməsi Azərbaycanın gələcəkdə digər beynəlxalq turnirlərə ev sahibliyi etmək imkanını nə dərəcə artırdı?
AFFA-nın FIFA-ya dərhal məktubla müraciət edərək U-17 və U-20 futbol turnirlərini, ümumiyyətlə, FIFA təqvimində öz əksini tapmış istənilən yarışı keçirmək üçün öz namizədliklərini irəli sürməyi tövsiyə etmişəm. Bütün növ turnirlər, həmçinin çimərlik futbolu və futzal yarışları müraciət üçün açıqdır. Biz artıq bilirik ki, əgər Azərbaycana üz tutsaq, mütləq yüksək səviyyədə təşkilatçılıqla üzləşəcəyik. FIFA olaraq, bunu bilmək bizim üçün çox önəmlidir. Azərbaycan dünyanın elə bir önəmli nöqtəsidir ki, burada müxtəlif mədəniyyətlər uzlaşır. Bilirsiniz ki, Azərbaycan sözün həqiqi mənasında tarixi mərkəzdə - mədəniyyətlərin qovuşağındadır və bu, futbol naminə çox faydalıdır. Çünki futbol hamı üçündür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail