Cavid İmamverdiyev: "Sübut edəcəyəm ki, Azərbaycanda futbol və futbolçular var"

24.01.2013 | 4451 dəfə oxunub

Bu günlərdə Kiyev "Dinamo"su ilə rəsmi müqavilə imzalayacağı gözlənilən Cavid İmamverdiyev Ukrayna klubunun azarkeş saytı olan dynamomania.com-a geniş müsahibə verib. Stadium.az xəbər verir ki, "Neftçi"yə küçə futbolundan gəldiyini deyən Cavid Moskva "Spartak"ında çıxış etməsini xatırlayıb: "Adım Caviddir. Şəmkirdə anadan olmuşam. Atamın adı Əbdürrəhmandır. Cavan vaxtı o da futbolla məşğul olub. Heç bir futbol məktəbini bitirməmişəm. "Neftçi"yə də küçə futbolundan gəlmişəm. İlk başda əvəzedici heyətdə çıxış etdim. 2 il sonra əsas komandaya cəlb olunsam da, sonradan "Karvan"a icarəyə verildim. 12-13 yaşım olanda Moskvada yaşayırdıq. Həmin vaxt "Spartak", ÇSKA, eləcə də "Rostov"da oynamışam. 15 yaşım olanda isə Tiflisin komandasında çıxış etdim. Üçüncü cəhddə isə "Neftçi"yə keçə bildim". 

"Dinamo"dan aldığı təklif haqda sualı futbolçumuz belə cavablandırıb: "Mənə bu haqda menecerim məlumat verdi. "Neftçi"dəki komanda yoldaşım İqor Mitreski mənə bildirdi ki, artıq Azərbaycandan getməliyəm. Menecerim, eləcə də dostum olan Marko isə "Dinamo"ya getməli olduğumu bildirdi. Mənə onu da söylədilər ki, "Dinamo"nun prezidenti məni komandasında görmək istəyir. "Neftçi" ilə bu yaxınlarda yeni - 5 illik müqavilə imzalamışam".

Cavid İmamverdiyev "Neftçi" qazandığı uğurlardan da söz açıb: "Neftçi"də 3 müxtəlif əyarlı medal qazanmışam. Eləcə də komanda ilə birgə Avroliqanın qrup mərhələsində iştirak etmişəm. Azərbaycan çempionatının qalibinə kubok, medallar və yaxşı mükafat verirlər. Mən orada yaxşı pul qazanırdım, lakin... "Neftçi" hardadır, "Dinamo" harda?"

Həmyerlimiz Kiyev "Dinamo"sunda uğur qazanmaq istədiyini qeyd edib: "Komandadan ayrılarkən məşqçilər, klub rəhbərliyi və komanda yoldaşlarım bildirdilər ki, "qardaş, biz sənə inanırıq". Bilirəm ki, bu mənim üçün şansdır. Lakin özümü göstərə bilməsəm belə, yenə də "Neftçi"yə qayıdacağam. Bu klub Azərbaycan futbolunun flaqmanıdır. Amma buraya özümü göstərmək, uğur qazanmaq üçün gəlmişəm. Sübut edəcəyəm ki, Azərbaycanda futbol və futbolçular var".   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail