"Sumqayıt"ın futbolçuları "Trabzonspor"da məşqlərini davam etdirir

24.01.2013 | 2841 dəfə oxunub

“Sumqayıt” Futbol Klubunun iki futbolçusu Ruslan Nəsirli və Şamil Cəmaləddinov “Trabzonspor”da məşqlərini davam etdirir. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, artıq üç gündür ki, “bordo-mavililər”in əvəzedici komandasında (A2) sınaqdan keçən futbolçularımız dünən “Trobzonspor”un təlim-məşq bazası olan Mehmet Ali Yılmaz təssislərində iki tərəfli oyunda iştirak edib. Ruslan və Şamil ikinci hissədə meydana daxil olublar. Ruslan Nəsirli oyunun sonlarına yaxın fərqlənib. Hər iki futbolçumuz hazırlıqlarla bağlı klubun rəsmi saytına açıqlama verib.

Ruslan Nəsirli: “Hazırlıqlarımız normal şəkildə davam edir. Komandaya uyğunlaşma cəhətdən problem yaşamadıq. Məşqçi və futbolçu heyəti bizi olduqca xoş qarşıladıralar. Gün ərzində iki dəfə olmaqla “Trabzonspor”un əvəzedici heyəti ilə məşqə çıxırıq. Burada futbol oynamaq üçün hər bir şərait var. Çalışıram ki, özümü yaxşı tərəfdən göstərim və legioner həyatı yaşayım. Təlim-məşq toplanışı başa çatandan sonra “Trabzonspor”un məşqçi heyəti çıxışımı bəyənsə burada qalmaq istəyirəm”.

Şamil Cəmaləddinov: “Bütün məşqlərdə var qüvvəmizlə çalışırıq. Ruslanla yanaşı məndə iki dəfə iki tərəfli qarşılaşmada oynamışam. Məşqlərdən sonra məşqçi heyəti bizimlə söhbət aparır. Ümid edirəm ki, “Trabzonspor”ın məşqçi heyəti çıxışımızı bəyənəcək”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail