"Rəvan" birinci divizion klubu ilə bacarmadı

25.01.2013 | 2901 dəfə oxunub

Premyer Liqada ilk "6-lıq” şanslarını saxlayan "Rəvan” futbol klubu çempionatın yerdə qalan bölümünə hazırlıq çərçivəsində növbəti oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, ilk yoxlama görüşündə əvəzedicilərdən ibarət komandanı 3:0 hesabı ilə üstələyən komanda bu dəfə "Bayıl Arena”da I divizionun lideri "Qaradağ Lökbatan”la üz-üzə gəlib.

Hesabı rəqib açsa da, "Rəvan" əzmkarlıq nümayiş etdirərək hesabı bərabərləşdirib. Düşərgədə baxışda olan Miloş Adamoviç adını tabloya yazdırıb. Matç elə 1:1 hesabı ilə də başa çatıb.

Oyundan sonra baş məşqçi Ramil Əliyev matçla bağlı fikirlərini klubun rəsmi saytına açıqlayıb: "Yoxlama oyunu olsa da, uşaqların əzmkarlığını qeyd etməliyəm. Özlərini tamamilə oyuna həsr etmişdilər. Sona qədər vuruşdular. Adamoviç xoş təsir bağışladı. Təkcə bu oyunda yox, ümumiyyətlə, düşərgədə olduğu müddətdə. Onunla rəsmən anlaşmada maraqlıyıq”.

Qeyd edək ki, "Rəvan" fevralın 9-da "Turan”la keçiriləcək premyer-liqa oyununa qədər ən azı daha 1 matçda qüvvəsini sınayacaq. Belə ki, yanvarın 26-da komanda elita nümayəndəsi "Sumqayıt”la görüşəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail