Avro-2020-nin 13 şəhərdə keçirilməsi rəsmiləşdi

QİTƏ BİRİNCİLİYİNİN FİNALI UĞRUNDA FAVORİT İSTANBULDUR

25.01.2013 | 3409 dəfə oxunub

Bu gün UEFA İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. Stadium.az xəbər verir ki, toplantıda Avro-2020-nin 13 müxtəlif şəhərdə keçirilməsi rəsmən təqsidlənib. Turnirin oyunları 13 komplektə bölünəcək: 12 komplektə qrup mərhələsinin oyunları və 1 play-off matçı, sonuncu komplektə isə yarımfinal və final matçları daxildir. Hər komplektdə 1 ölkənin 1 stadionu yer alacaq. Yarımfinal və final görüşləri isə eyni stadionda baş tutacaq. 2020-ci ildəki qitə birinciliyinin oyunlarını qəbul etmək istəyən şəhərlər öz iştirak ərizələrini 2016-cı ilədək təqdim etməlidirlər. Eyni zamanda turnirin oyunlarına ev sahibliyi edəcək stadionların minimum tutumları haqda da qərar açıqlanıb. Qrup və 1/8 final mərhələsinin oyunlarını qəbul edəcək arenaların tutumları minimum 50, 1/4 final matçlarını qəbul edəcək stadionlar 60, son 3 matça ev sahibliyi edəcək arenanın tutumu isə 70 min olmalıdır.  

Bu arada Avro-2020-nin yarımfinal və final matçları uğrunda mübarizədə İstanbulun favorit olduğunu bəlli olub. Bu haqda UEFA prezidenti Mişel Platiniyə yaxın mənbələr məlumat veriblər. Lakin 7 il sonrakı qitə birinciliyinin son 3 matçının İstanbulda keçirilməsi üçün Türkiyə olimpiadanı qurban verməlidir. Platini bildirib ki, əgər İstanbul eyni ildəki olimpiadaya da namizəd olsa, o halda avtomotik olaraq qitə birinciliyindən əlini üzməlidir. 

Sonda əlavə edək ki, Avro-2020-yə ev sahibliyi edəcək şəhərlərin adları gələn ilin sentyabrında açıqlanacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail