Gəncəli futbol veteranından Mahmud Qurbanova dəstək

25.01.2013 | 3307 dəfə oxunub

"Hamımız Mahmud Qurbanova dəstək olmalıyıq. Qurbanov işin başlanğıcındadır. Biz veteranlar ona inanırıq. O, gələcəkdə "Kəpəz"ə böyük uğurlar qazandıra biləcək simadır". Stadium.az "Kəpəz"in rəsmi internet saytına istinadən xəbər verir ki, bu fikirlər Fərhad Hüseynova məxsusdur. Fərhad Hüseynov Gəncə futbolunun ən tanınmış ağsaqqal veteranlarındandır. O, şəhəridə ilk Peşəkar Futbol Klubu olaraq 1959-cu ildə yaradılan "Toxucu"da forma geyinən 16 futbolçudan biri olub.
Hüseynov fanklub rəhbərlərinin habelə, sıravi azarkeşlərin də məşqçiyə dəstək verməli olduğunu söyləməklə, Qurbanovun gənc olmasına baxmayaraq, əslində futbolu dərindən bildiyini vurğulayıb: "Mahmud gənc məşqçidir. Amma ondan da cavanları məşqçi kimi klublarda çalışır. O, məşqçiliyə yeni başlasa da, futbol sahəsində yetərincə biliyə və bacarığa malikdir. Futbolçu karyerası boyunca bir çox təcrübəli məşqçilərlə çalışıb. Onların hərəsindən bir şey öyrənib. Bunun özü böyük məktəb və təcrübədir. Onun işinə şübhə olmamalıdır".

Fərhad Hüseynov "Kəpəz"in tezliklə uğursuzluğa son qoyub, qələbələrlə gəncəliləri sevindirəcəyinə inandığını da deyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail