Sakit Alıyev: “Kiməsə kömək üçün ağız açmaq mənə yaddır” Müsahibə

28.01.2013 | 14808 dəfə oxunub

Turanın sabiq futbolçusu baş məşqçisi Sakit Alıyevin iki ilə yaxındır xəstə olması hazırda müalicə alması futbol ictimaiyyətinə azarkeşlərə məlumdur. Bu haqda son günlər idman mətbuatında kifayət qədər informasiyalar dərc olunub. Xəbəri ilk olaraq gündəmə gətirənFutbol+” qəzeti hətta saylarının birində əslən tovuzlu olan bir neçə futbolçu ilə əlaqə saxlayaraq, onların idmançı kimi yetişməsində rolu olmuş Sakit Alıyevə hər hansı kömək göstərib-göstərməmələri ilə bağlı araşdırma dərc etmişdi. Əslində bu elə bir mövzudu ki, onu bir yazı ilə bitirmək olmaz. “Het-trik newsöz növbəsində bir qədər gec olsa da, sözügedən məsələyə yer ayırdı. Məqsədimiz təkcə Sakit Alıyevlə hal-əhval tutmaq deyil, həm vaxtilə şərəfini qoruduğuTuranfutbol klubunun rayon rəhbərliyinin biganəliyini aydınlaşdırmaq idi. İlk sualımız el arasında populyar olan var, yox?” oldu:

- İndi özümü normal hiss edirəm. Həkimlər əsəbləşməməyi, təmiz havada olmağımı  məsləhət görüblər. Uşaq vaxtı başımdan butsi ilə güclü zərbə almışdım. Ola bilsin onun təsiri indi üzə çıxıb, ola bilsin başqa səbəbdən meydana gəlib. Konkret diaqnoz qoyulmayıb. Allah qoysa, yaxın aylarda mənə xəstəlik haqqında yazılı məlumat veriləcək. Fürsətdən istifadə edib, məni müalicə edən  həm Azərbaycandakı, həm Rusiyadakı həkimlərə təşəkkürümü bildirirəm. 99 faiz o dünyalıq idim. Şükür Allaha götürülən müalicələr öz bəhrəsini verir. Amma hələ bir müddət davam eləməlidi. Cəmi iki müalicəm qalıb. Görək sonrası necə olacaq?

- Mətbuata verdiyiniz açıqlamalarda Sizinlə heç kimin maraqlanmadığını demişdiniz. Heç olmasa gedən yazılardan sonra kiminsə yadına düşmüsünüzmü?

- Yox. İki ilə yaxın kim maraqlanırdısa, kim halımdan pərişan idisə, elə onlardan başqa bir nəfər belə əlaqə saxlamayıb. Mənə ağır gələn odur ki, bu qədər Tovuz futboluna, Azərbaycan futboluna can qoymuşam. Həm futbolçu, həm məşqçi kimi. 5 il RusiyadaSSRİ çempionatının 2-ci dəstəsində çıxış edən OryolSpartakında futbol oynamışam. Komandanın vitse-kapitanı olmuşam. 13 ilTuranda həm futbolçu, həm məşqçi kimi işləmişəm. Bu müddət ərzində Tovuz futboluna, Azərbaycan futboluna əlimdən gələn qədər kömək etməyə çalışmışam. “Turanda ən çox oyun keçirən futbolçuyam. O vaxtlar adıma həmişə simvolik “11” rast gəlinirdi. Bir çox yerli futbolçuların üzə çıxmağında əməyim olub. Minnət kimi demirəm, bu, mənim borcumdu. İndən belə, sağlıq olsun, yenə futbolumuza qədər bacarıramsa, canla-başla xidmət göstərməyə hazıram. İndi belə bir vəziyyətdə istər klub, istərsə futbol ictimaiyyəti tərəfindən yada salınmamağım mənə ağır gəlir.

- Bəs maraqlananlar kimlərdi?

- Əksəriyyəti futbola bağlı olmayan insanlardır. Köhnələrdənindi komandada işləyən İman Həsənov, vaxtilə  “Məhsulda oynamış Akif Tağıyev, Tahir müəllim, “Turandan komanda yoldaşım olmuş Elxan Abdıyev, Eltay Aslanov  bir-iki nəfər başqasını çıxmaq şərtilə demək olar ki, heç kim.

- Bir vaxtlar çox yaxın olduğunuz Nizami Sadıxov necə?

- Yox.

- Bəs tələbələrinizdən?

- Allah canlarını sığ eləsin! Bir neçəsi əlaqə saxlayır. Hal-əhval tutur.

- Kömək məqsədilə kiməsə müraciət eləmisinizmi?

- Tanıyanlar necə insan olduğumu yaxşı bilirlər. Kiməsə kömək üçün ağız açmaq mənə yaddır.

- Bəlkə bir qədər keçmişə qayıdaq? Bir neçə dəfə komandaya rəhbərlik eləmisiniz. Hər dəfə   bir səbəblə uzaqlaşdırılmısınız...

- İlk dəfə 2004- ildə komandaya məşqçi kimi gəlmişəm. O vaxt komandanın prezidenti Tahir Yusifov idi. Naci Şensoy komandaya baş məşqçi gətiriləndə mənə təklif elədilər ki, futbolçu kimi deyil, məşqçi kimi komandada işləyim. Razılaşdım. Naci bəyin köməkçisi kimi işə başladım. O vaxt 37 yaşım var idi. Oynaya bilərdim. Buna gücüm çatırdı. Amma məsləhət belə oldu ki, komandaya məşqçi kimi daha çox xeyir verə bilərəm. Bir müddət sonra komandadakı maliyyə vəziyyəti ilə bağlı Şensoyun əvəzinə məni baş məşqçi təyin elədilər.

Tahir müəllim komandadan gedəndən sonra, Tofiq Zeynalov klubun prezidenti oldu. Qısa müddət onun rəhbərliyi altında işlədim. Bir qədər sonra baş məşqçi postu ilə vidalaşmalı oldum. Səbəblərə gəlincə, telefon vasitəsilə açıqlamaq istəməzdim. Allah qoysa, yaxınlarda müalicəmlə əlaqədar Bakıya gələcəm. Onda hər şeyi danışaram.

Onu da qeyd edim ki, Tahir Yusifov indi komandada olsaydı, Sakit Alıyev bu vəziyyətdə qalmazdı. İnanıram ki, o mənə hərtərfli yardım göstərərdi.

- Musa Süleymanovun dövründə yenidənTurana  baş məşqçi kimi qayıtdınız. Amma elə onun rəhbərliyi zamanı yenidən komandadan uzaq düşdünüz. Belə çıxır ki, bu dəfə səbəbi özünüzdə axtarmaq lazım idi.

- Sağ olsun, Musa müəllim  o vaxt məni yenidən baş məşqçi kimi dəvət elədi. Hətta rayon Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərova İman Həsənova tapşırdı ki, komanda baza ilə tanış eləsinlər. Bir müddət işlədim. Komanda da pis nəticə göstərmirdi. Bir gün mənə zəng elədi telefonu mikrafona qoyaraq kiminsə mənim komandada qalmağımın əleyhinə olduğunu bildirdi. Soruşanda kimdi, “Yanımda oturanlar da eşidir, PFL prezidenti Ramin Musayev deyir ki, Sakit Alıyev o komandada baş məşqçi kimi qalmamalıdıdedi. Artıq mənim əvəzimə qərar qəbul olunmuşdu. Məni Nizami Sadıxov əvəzlədi. Ramin müəllimlə mənim qəsdi-qərəzliyim var idi ki? Mən onunla cəmi iki dəfə görüşmüşdümbir dəfə hansısa tədbirdəsəhv eləmirəmsə, “Akateqoriyasını alanda, bir dəfə isəNeftçiilə oyundan sonra. Həmin oyunu biz qalib gəlmişdik mənə yaxınlaşıb təbrik eləmişdi.

- Bildiyimə görə Ramin müəllimlə görüşmüşdün.

- Sonradan Ramin müəllimin qəbulunda oldum. Mənə heç nədən xəbəri olmadığını bildirdi. Belə baxanda onun nəyinə lazımdır ki, “Turanda mənəm ya başqası? Problem daxildə idi.

- Amma Sizə başqa vəzifə verdilər.

-  Düzdür, komandada qaldım, uşaq futbol məktəbində direktor kimi. İnsafən Musa müəllim mənə hörmətlə yanaşırdı, hər sözümü eşidirdi. Bir misal çəkəcəmo vaxt komandaya gürcü baş məşqçi gətirilmişdi. Gələn kimi uşaq futbolunda olan bütün yerli məşqçiləri işdən azad elədi. Haqsız qərar idi. Bu insanlar bütün ömrünüTurana həsr ediblər. Onlardan yaxşı kim yerli mühitə bələd ola bilərdi? Musa müəllimə müraciət edəndən sonra işlərinə bərpa olundular. Məni komandada istəməyən qüvvələr çox idi. Onların əksəriyyəti bu gun Turandadılar. qədər ki, onlar klubda işləyirlər, mənimlə maraqlanacaqlar, Sakit Alıyevi işə dəvət edəcəklər.

- Yenidən Sizi stadionlarda vaxt görə biləcəyik?

- Bayaq da dedim ki, 2 ilə yaxındır xəstəyəm. Müalicəm davam edir. Mənim vəzifəm bir məşqçi kimi Azərbaycan futboluna xidmət göstərməkdir. İnşallah, vəziyyətim normallaşandan sonra nəyə qadir olduğumu yenidən sübut edəcəm.

Tovuz rayon Gənclər İdman İdarəsinin rəisi Sahib Ələsgərov Turanın vitseprezidenti Namiq Məstanovla da əlaqə saxladıq. Məqsədimiz həm rayon rəhbərliyi, həm klub tərəfindən veteran futbolçuya biganə yanaşmanın səbəblərini aydınlaşdırmaq idi. Əvvəl Sahib müəllimin fikirləri ilə tanış olun:

- Sahib müəllim, yəqin ki, Sakit Alıyevi tanıyırsınız?

- Əlbəttə tanıyıram. Sakit Alıyev tanınmış futbolçu olub, onun futbolumuza göstərdiyi xidmətləri heç kim danmır.

- Bəs onda niyə rəhbərlik tərəfindən heç kim onunla maraqlanmır?

- Bilirsiniz, mən hazırda məzuniyyətdəyəm. 10-12 günə işə qayıdacam. Onun özü ilə əlaqə saxlamasaq da, bilirik ki, müalicəsi müsbət nəticələr verir. Allahın köməyi ilə müalicəsini başa çatdırar. O ki qaldı maddi köməkliyə, bu, bizim səlahiyyətimiz daxilində deyil.

- Heç olmasa, sözü keçən bir şəxs kimi klub rəhbərliyi qarşısında bu haqda məsələ qaldırmaq olardı. Ən azından veteran futbolçuya belə biganəlik haqsızlıqdı.

- Hamıya bəllidir ki, hazırdaTuranın maliyyə vəziyyəti ürəkaçan deyil. Buna baxmayaraq, yəqin ki, məzuniyyətdən qayıdandan sonra bu haqda klubda məsləhətləşmələr apararıq. İmkan dairəsində köməklik göstərməyə çalışarıq.

Sahib müəllimdən fərqli olaraq Namiq Məstanovla bir qədər ətraflı söhbət edə bildik:

- Sakit Azərbaycan futbolunda öz adını qoyan futbolçulardandı. Uzun müddətTuranda oynayıb, məşqçi kimi fəaliyyət göstərib. Təəssüf ki, indi belə bir vəziyyətdədir.

- Siz özünüzTuranın vitse-prezidenti kimi onunla əlaqə saxlamısınızmı?

- Düzü, yox. Sakitin başına iki il əvvəl bu hadisələr gələndə Bakıda idimMənə İman Həsənov məlumat verdi. İman Allah şahididir, dedim Allah onu gəncliyinə, balalarına bağışlasın. İstəməzdim onun başından bir tük əskik olsun. “Turana qayıdandan sonra bir-iki dəfə xeyirdə-şərdə rastlaşmışıq.

- Sakit Alıyevlə aranızda soyuq münasibətin olması heç kimə sirr deyil.

- O vaxt mənTurana gələndə belə camaat arasında söz-söhbət çıxdı ki, güya onun komandadan getməsində mənim əməyim olub. Vallah, bunlar hamısı dedi-qodudan başqa bir şey deyildi. Sakit məndən asılı idi, mən Sakitdən. gizlədim, elə o vaxtdan münasibətlərimizdə soyuqluq var. Amma bu soyuqluq o demək deyil ki, mən qisas alıram. Qardaşı Vəkil indi bizdə komandada işləyir. Bacısıoğlu Elmxan komandanın futbolçusudur. Mən kluba vitse-prezident gələndən sonra əsas komandaya cəlb elədim, orada məşqlərini davam etdirir, maaş almasına köməklik göstərdim. İstəsəniz, özünüz soruşa bilərsiniz, Vəkil ilə bu haqda söhbətlərim olub. Ona da mənim Sakitlə heç bir ədavətimin olmadığını bildirmişəm.

- Futbolumuzda öz sözünü demiş bir adam kimi  Sakit Alıyevə klub tərəfindən hər hansı bir yardım göstərmək düzgün olmazdımı?

- Biz tərəflərdə belə bir məsəl var – “ umursan bacından? Bacın ölür acından!” “Turanelə bir vəziyyətdədir ki, onun özünə kömək lazımdı. Bunu bütün futbol ictimaiyyəti bilir. Həm Sakit elə çıxılmaz vəziyyətdə deyil. Şükürlər olsun, sağalmaz xəstəliyə düçar olmayıb, Allah eləməmiş, əlil arabasında gəzmir ki, biz ona yardım göstərək. Biz xeyir-şər adamlarıyıq, neçə dəfə xeyirdə, şərdə üz-üzə gəlmişik, onu rayonda gəzəndə, maşın sürəndə görmüşəm. Sakit kimi veteran futbolçularımız çoxdur. İstərdik klubun maliyyə vəziyyəti yaxşı olsun, lazım olanda onlara yardım göstərə bilək. Amma heyf ki. belə deyil

- Ən azından klub tərəfindən başqa instansiyalara, o cümlədən AFFA-ya, Veteranlar İttifaqına müraciət eləmək olar.

- Əgər Sakit Alıyev kömək məqsədilə kluba müraciət edərsə, müxtəlif yerlərə müraciət ünvanlaya bilərik. Səmimi sözümdü, şəxsi münasibətlrimizə baxmayaraq, şəxsən özüm bu işin arxasında sona kimi durmağa hazıram.

- Sakit Alıyevin yenidənTurana qayıtması dərəcədə realdı?

- Niyə qayıtmasın? Sakit kimi mütəxəssislərə ehtiyacımız var. Mən özüm 1996-2007-ci ildəTuranda işləmişəm. Sonradan 5 il klubdan aralı düşdüm. İndi yenə Tovuzdayam. Sakit həmçinin. Müxtəlif vaxtlarda fasilələrləTuranda çalışıb, zəhmət çəkib. Yenidən onun kluba qayıtmasında problem görmürəm. Yeganə problem onun səhhəti ilə bağlıdır. Allahın köməyi ilə onu da arxada qoyar.

İlqar VAQİFOĞLU, "Het-trik news" qəzeti

P.S. Sakit Alıyevin vəziyyəti ilə bağlı  həm Veteranlar İttifaqının sədri Oqtay Abdullayevlə, həm AFFA-da səlahiyyətli şəxslərin bir neçəsi ilə əlaqə saxlamaq cəhdimiz uğursuz alındı. Növbəti saylarımızda mövzuya yenidən qayıdcağıq.

P.P.S. Xəstəlik Sakit Alıyevin yaddaşına da əməlli-başlı təsir göstərib. Bunu söhbət əsnasında hiss  elədim. VaxtiləTuranda onunla oynadığımı, hər dəfə Tovuza gedəndə dərdləşdiyimizi xatırlatsam da, məni tanımadı, hətta adi şeyləri tez-tez yanındakı şəxsdən soruşurdu. Düzü, özü yaddaşında olan problemləri etiraf etdi. Bizdən eybi yoxdu, əsas odu, Sakit Alıyev unudulmasın.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail