"Rubin" İspaniyaya Ruslan Abışovsuz yollandı

28.01.2013 | 3413 dəfə oxunub

Rusiyanın "Rubin" klubu bu gün ikinci təlim-məşq toplanışına başlayır. Stadium.az xəbər verir ki, Kazan təmsilçisi səhər saatlarında Moskvadan Malaqaya yollanıb. Oradan isə komanda üzvləri avtobusla yaxınlıqda yerləşən Esteponaya üz tutacaq. Komanda orada fevralın 12-dək qalacaq. "Rubin"ə transfer olunacağı deyilən Ruslan Abışovla bağlı isə nə Kazan klubunun rəsmi saytında, nə də Rusiya mətbuatında 1 kəlmə də yer almayıb. Əvəzində "Rubin"in yeni transferi, Fransa millisinin yarımmüdafiəçisi Yann M`Vila və noyabrda komandanın düşərgəsini özbaşına tərk edən Gökhan Töre hazırlıq prosesində iştirak edəcəklər.

Təlim-məşq prosesi çərçivəsində "Rubin" 3 yoxlama oyunu keçirəcək. İkinci görüşdəki (5 fevral) rəqibin adı bəlli olmasa da, kazanlıların ilk matçda (1 fevral) Buxarest "Dinamo"su, sonuncu oyunda (9 fevral) isə Ukrayna "Dnepr"i ilə qarşılaşacağı dəqiqdir. Sonda onu da əlavə edək ki, təlim-məşq toplanışı başa çatdıqdan sonra "Rubin" vətənə qayıtmayaraq, Madridə üz tutacaq. Fevralın 15-də Kazan təmsilçisi Avroliqanın 1/16 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə "Atletiko"nun qonağı olacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail