"Qəbələ" İsveçrə klubuna yenildi

29.01.2013 | 3814 dəfə oxunub

Yanvarın 2-dən Antalyada toplanışda olan "Qəbələ"nin əvəzedici komandası hazırlıq çərçivəsində 3-cü yoxlama oyununu keçirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Rusiyanın "Zenit" (0:3) və "Dinamo" (0:0) kollektivlərinin ardından qırmızı-qaralar İsveçrənin "Sent-Qallen" klubu ilə üz-üzə gəlib. 

Matçın ilk yarısında topa nəzarət edən tərəf "Qəbələ" olsa da, rəqibini əks-hücumlarda yaxalayan isveçrəlilər iki dəfə fərqlənməyə imkan tapıblar və birinci hissə "Sent-Qallen"in 2:0-lıq üstünlüyü ilə tamamlanıb.
İkinci yarıya oyunçu dəyişiklikləri ilə çıxan "Qəbələ" hissə boyunca diktə edən tərəf olub. Lakin qırmızı-qaraların hücumları yalnız bir dəfə qolla nəticələnib. Rey Məmmədbəyli 70-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib. Qırmızı-qaralar final fitinə qədər təzyiqi davam etdirsələr də, matçda başqa qol olmayıb və "Qəbələ" Antalyada keçirdiyi 3-cü oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədə son yoxlama oyununu fevralın 1-i keçirəcək. Sözügedən görüşdə "Qəbələ" Ukraynanın "Karpatı" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail