“Növbəti turlarda tam fərqli “Rəvan” görəcəyik”

30.01.2013 | 3218 dəfə oxunub

Çempionatda ilk "6-lıq” mübarizəsini davam etdirən "Rəvan” futbol klubunda mövsümün qalan hissəsinə hazırlıq davam etməkdədir. Artıq 3 yoxlama oyunu keçirən komanda fevralın 9-nu səbirsizliklə gözləyir. Axı məhz həmin tarixdə çempionat yenidən "diriləcək”.

Stadium.az xəbər verir ki, bu arada komandanın baş məşqçisi Ramil Əliyev klubun rəsmi saytına müsahibəsində hazırlıqdan danışıb: "Çempionata ciddi hazırlaşırıq. Ağır məşqlərdən sonra 3 yoldaşlıq oyunu keçirdik. Nəticə baxımından o qədər də ürək açan olmadı, çünki son iki oyunumuzda heç-heçə oynadıq. Amma futbolçuların əzmkalığı, mübarizliyi xoşumuza gəldi. Hazırda yeni futbolçuların uyğunlaşma prosesi gedir. Buna görə də hələ komandaya tam adaptasiya olmamaları tam təbii haldır. Yeni transferlərimiz komandanı gücləndirəcək səviyyədədir. Növbəti turlarda tam fərqli "Rəvan” görəcəyik”.

Zədəli futbolçuların olmamasına sevindiyini deyən baş məşqçi artıq indidən növbəti mövsüm üçün daha iddialı komanda qurmağın zəruriliyini bildirib. Əliyev komandanın cari mövsüm üçün iddialarından da danışarkən belə deyib: "Çempionatda hələ ilk "6-lığ”a düşmək şanslarımız qalır. Bu üzdən bütün matçlarda qələbəyə oynamalıyıq. Düzdür, taleyimiz öz əlimizdə deyil. Ancaq sona qədər mübarizə aparacağıq. Artıq indidən növbəti mövsüm daha iddialı komanda olmaq işinə başlamalıyıq. Bunun təməlini indidən qoymaq lazımdır. Hazırda bizim üçün prioritet təbii ki, ölkə kubokudur. Bu turnirdə mümkün qədər irəli getməyə çalışacağıq. Rəqib güclü komanda olsa da, heç kimdən qorxmuruq, çəkinmirik”.

Qeyd edək ki, komandamız Azərbaycan kubokunun ¼ final mərhələsində "Xəzər Lənkəran”la üz-üzə gələcək. Bu oyunlar 27 fevral və 7 mart tarixlərində baş tutacaq. İlk oyunda ev sahibi olacağımızı da bildirək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail