"Nə qədər ki, “İnter”in prezidentiyəm, çempionatın belə keçirilməsinə qarşı olacağam" Müsahibə

30.01.2013 | 4873 dəfə oxunub

“İnter” PİK-in prezidenti Georgi Nikolov klubun rəsmi internet saytına müsahibəsində mövsümün ilk hissəsi barədə fikirlərini açıqlayıb, komandanın transfer məqsədlərindən bəhs edib və digər suallara cavab verib. Stadium.az həmin müsahibəni təqdim edir:  

- “İnter”in qış çempionu kimi baş vurduğu çempionatın ilk hissəsinin yekunu barədə bir daha  fikirlərinizi bilmək istərdik?

- Komanda liderdirsə, bu, o deməkdir ki, uğurla çıxış edir. Lakin bizim üçün ən arzuediləni komandanın mövsümün yekunlarına görə lider olması olacaq. Ümid edirəm ki, turnir cədvəlində ilk sıranı qoruyub saxlamaq bizə müyəssər olacaq. “İnter” yaxşı nəticəylə müşayiət olunan kifayət qədər rasional oyun nümayiş etdirir. Çıxışımız məni sevindirir və mən inanıram ki, futbolçular bu tempi saxlamağı və mövsümü birinci yerdə başa vurmağı bacaracaqlar.
 
- Bu yaxınlarda “İnter” forvard Yuri Fomenko ilə müqavilə imzaladı. Transfer pəncərəsi hələ açırdır və maraqlıdır, baş məşqçi daha hansısa yeni futbolçuların alınmasıyla bağlı Sizə müraciət edib?
 
- Yuri Fomenko ilə hələ ötən il maraqlanırdıq, lakin o zaman bu transferi gerçəkləşdirə bilmədik. Mən şadam ki, indi bu futbolçu bizim sıramızı gücləndirdi. Fomenko diqqətəlayiq futbolçudur. Düşünürəm ki, bu oyunçu bizə güclü kömək edəcək. Yeni transferlərə gəldikdə, onu deyə bilərəm ki, bu məsələ barədə məşqçi heyətilə müzakirələr aparmışıq. Biz əsasən hücumçularla maraqlanırıq. Konkret ad çəkə bilmərəm, lakin bununla yanaşı, deyə bilərəm ki, bu siyahıda müxtəlif ölkələrdən bir neçə futbolçuların adları var.
 
- Çempionata qayıdaq. Bu mövsüm Premyer Liqada mübarizə daha kəskin aparılır. Çempionat daha sıx və rəqabətqabiliyyətli olub. Sizin nəzərinizcə, bu yerli çempionatın inkişaf etməsindən xəbər verir, yoxsa Siz bunu hansısa başqa faktorlarla əlaqələndirirsiniz?
 
- Mən düşünmürəm ki, biz tənəzzülə uğrayırıq. Çempionat maraqlı olub, ancaq bu marağı mən komandaların bu və ya digər matçlara yanaşmalarıyla daha çox əlaqələndirirəm. Bir çox klublar bir-birilərindən xal almağı bacara bilir, ancaq mənim nəzərimcə, arzuedilən tərəqqini əldə etmək üçün hələ çox işləmək lazımdır.
 
- Yəqin Siz həm də onu görə belə düşünürsünüz ki, çempionatın “altılıq” sistemilə keçirilməsinin tərəfdarı deyilsiniz.
 
- Bəli, bir çoxları artıq bilirlər ki, mən “altılıq” sisteminin əsas əleyhdarlarından biriyəm. Mən artıq demişəm ki, bu qayda idman mübarizəsinin prinsiplərinə ziddir.  Nə qədər ki, “İnter”in prezidenti vəzifəsindəyəm, o qədər də çempionatın belə keçirilməsinə qarşı olacağam. Mən anlayıram ki, PFL-in futbolun inkişafına, futbolun inkişaf sisteminə dair öz baxışları var və bizim fikirlərimiz 100 faiz üst-üztə düşə bilməz. Ancaq mən çempionatın belə sistem üzrə aparılmasının doğru olmağını həmişə qeyd edəcəyəm.
 
- Dekabr ayının sonunda AFFA-da yerli futbol federasiyalarının, PFL-in və Premyer Liqa klublarının rəhbərlərinin birgə görüşü keçirilmişdi. Görüşdə bir sıra vacib məsələlər müzakirə olunmuşdu.
 
- Həmin görüşün keçirilməsindən bir aydan çox vaxt ötür və həmin iclasın bütün detallarını xatırlamıram. Ancaq biz Tovuz və Gəncədə yerləşən stadionların vəziyyətini müzakirə etdik. AFFA rəhbərliyi klublara təklif etdi ki, bu iki şəhərdən olan klubların maddi vəziyyətlərinin yaxşılaşdırılmasına öz töhfəmizi versin. Nəticədə qalan klublar uşaq-futbol məktəblərinin inkişafına görə alacaqları vəsaitdən imtina etdi və həmin vəsaitlər Tovuz və Gəncə stadiounlarında infrastrukturun yaxşılaşdırılmasına yönəldiləcək.
 
Etiraf edirəm ki, həmin görüşdə “altılıq” formatı barədə də söhbətlər aparıldı. Lakin sistemin dəyişdirilməsilə bağlı səsləndirilən təkliflər həvəslə qarşılanmadı. Premyer Liqanın keçirilməsinin bu variantı, çox güman ki, qalacaq.
 
- Təsəvvür edək ki, “altılıq” sxemindən imtina olundu. Bu halda, sizin fikrinizcə, çempionatı keçirməyə dəyər?
 
- Mən elitada 4 dövrə ərzində öz aralarında görüşlər keçirəcək 12 komanda saxlayardım. Bəli, bir çoxları etiraz edə bilərlər ki, bu, həddən artıq çoxdur. Lakin gəlin baxaq, Avropada hansı çempionatlar ən güclüdür? Cavab verim: hansı çempionatda müddət uzundur, məhz orada, yəni İngiltərədə, İspaniyada, Almaniyada və İtaliyada. İngiltərədə dekabrın 31-də Yeni ili qeyd edirlər, növbəti gün isə futbol oynayırlar. Oyunlar nə qədər çox olarsa, futbolçuların Avropa futboluna uyğunlaşmaq üçün şansları bir o qədər çox olacaq. “Çərşənbə-şənbə” və “çərşənbə-bazar” sistemilə oynamaq daha maraqlı olar. Bir də ki, belə sistem həm azarkeşlərə, həm də oyunçulara müasir futbol yükləmələrinə uyğunlaşmalarına kömək edəcək.
 
Fasilə nə qədər az olarsa, insanların futbola marağı daha çox olar. Nəzər yetirin, bizdə nə baş verir- təqribən iki ay davam etmiş fasilə insanların çempionata marağını öldürür, bir çoxları növsümün birinci hissəsində nə baş verdiyini unudurlar. Fevral ayındasa klublar yenidən marağı oyatmağa başlayırlar.
 
- Son zamanlar xarici klubların yerli futbolçulara marağı artır. Polşanın eyni anda iki klubu “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevlə maraqlanmışdılar. Lakin yekunda keçid alınmadı. Bilmək istərdik, Polşa klubu nəyə görə futbolçunun keçidi üçün pul ödəməkdən imtina etdi?
 
- Bu məsələni xatırlayaraq deyə bilərəm ki, Nizamilə Polşanın iki klubu - “Poqon” və “Korona” maraqlanmışdı.  Lakin bununla yanaşı, onlar anlaşılmayan hərəkət etdilər. Nizami Hacıyevin “İnter”lə qüvvədə olan müqaviləsi var, bu futbolçu əsas heyətin üzvüdür, o, Azərbaycan millisinə dəvət edilir, onlar isə onu hədiyyə etməyimizi istəyirdilər. Onların komandalarından bu və ya digər futbolçuların bizə hədiyyə etmələrini xahiş etdiyimiz zaman həmin klub prezidentlərinin reaksiyalarına baxmaq istəyərdim. Kapitalizm və bazar münasibətləri dövründə belə danışıqlara yer yoxdur.
 
- “İnter”in avrokubok mərhələsinə çıxdığı təqdirdə bu turnir çərçivəsində ev oyunlarının “Şəfa” stadionunda keçiriləcəyi məsələsi qaldırılacaq. Stadion sertifikat aldı və bunun sayəsində oyunları keçirmək mümkün olacaq. Ancaq hazırda stadionun birbaşa qarşısında şəhərin eyni anda bir neçə prospektini birləşdirəcək avtomobil yolunun tikintisi gedir.
 
- Mən ümid edirəm ki, yaya qədər bu yolun tikintisilə bağlı hansısa nəticə görünəcək. Əlbəttə, bu barədə danışmaq hələ tezdir, axı biz hələ avrokuboklarda iştirakımıza zəmanət altına almamışıq. Ancaq avrozonaya düşəcəyimiz halda oyunlarımızı doğma arenada keçirmək istərdik. Son variant kimi oyunları digər stadionlarda keçirə bilərik. Allaha şükür, Bakıda avrokubok oyunlarını keçirmək üçün bir çox arena var - “Baksell-Arena”, “Dalğa-Arena”, T.Bəhramov adına Respublika stadionu.
 
- Yeni yol stadionun fəaliyyətinə mane olmayacaq? Bir-birilərinə mane olmamaqla bu iki obyekt paralel fəaliyyət göstərəcək? Bu yol “Şəfa” stadionun fəaliyyətinə mane olmayacaq? Tamaşaçılar-piyadalar stadiona rahat çata biləcəklər?
 
- Bu çox yaxşı sualdır, ona görə ki, biz artıq bir neçə gündür heç də xoşagəlməyən fakt üzərində vuruşuruq. Bu nəqliyyat qovşağının tikintisi artıq elə bir mərhələyə çatır ki, texnoloji qərarlar qəbul etmək lazım gələcək. Bununla yanaşı, yolun layihəsi artıq üçündü dəfədir dəyişir. Hazırda bizi çox əlverişsiz vəziyyətlə üz-üzə qoyan layihə aktualdır. İnşaatçılar qərara gəliblər ki, yolun üzərində heç bir örtülü dayanacaq yeri olmasın, burada sadəcə yeraltı avtomobil dayanacağı olsun. Bu layihə idman kompleksi kimi "Şəfa"nın gələcəyini sual altına alır. İstərdim ki, bizim etirazlarımız eşidilsin. Stadion boyunca yolun üstü tam bağlanmalıdır. Yalnız bu halda bu infrastruktur ən optimal olacaq və fəaliyyət göstərdiyi zaman arenanın mövcudluğuna mane olmayacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail