İspan qapıçısı rəsmən "Xəzər Lənkəran"da

31.01.2013 | 4599 dəfə oxunub

“Xəzər Lənkəran” Futbol Klubu daha bir futbolçu ilə münasıbətlərini rəsmiləşdirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, bu gün 32 yaşlı ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ilə 1,5 illik müqavilə imzalanıb. 1,85 m. boya malik olan Toninin çıxış etdiyi son klub “Xeres” olub. O, bu kluba məxsus olduğu “Saraqosa”dan icarəyə verilmişdi.
 
Doblasın peşəkar futbolçu karyerası 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. O, bu komandanın əvəzedici heyətində 4 mövsüm keçirərək, daha sonra həmin klubun əsas heyətində oynamağa başlayıb. 2003-cü ildə Toni bir mövsümlük “Xeres” klubuna icarəyə verilib. 2008-ci ildə isə Saraqosa klubuna keçib. Burada 1 mövsüm oynayandan sonra Doblas “Hueska” klubuna transfer olunub, lakin mövsüm başa çatan kimi yenidən “Saraqosa”ya qayıdıb. Ötən (2011/12) mövsümünü Toni “Saraqosa” nın futbolçusu olaraq icarə əsasında “Xeres”də keçirib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail