Simone: "Final şansımız 50-nin 50-yədir"

01.02.2013 | 3526 dəfə oxunub

"Atletiko"nun baş məşqçisi Dieqo Simone İspaniya Kubokunun 1/2 final mərhələsi çərçivəsində "Sevilya"ya qarşı baş tutan (2:1) oyun haqda danışıb. Stadium.az xəbər ki, argentinalı mütəxəssis finala yüksəlmək üçün hər iki komandanın eyni şansa malik olduğunu bildirib: "Oyunun nəticəsini ədalətli hesab edirəm. Bizim üçün yaxşı matç alındı. Çünki yekunda hər şey bizim üçün yaxşı qurtardı. Amma oyun ərzində bəyənmədiyim məqamlar da oldu. Hesabı açdıqdan sonra komandam sanki arxayınlaşdı. Elə bunun məntiqi nəticəsidir ki, rəqib çox keçmədən hesabı bərabərləşdirdi. Amma yaxşı ki, qol buraxdıqdan sonra tez ayıldıq. Çox keçmədən qələbə topunu vurduq. 3 penalti? Mən həmin epizodları qiymətləndirə bilmərəm. Bu haqda hakim qərar qəbul edir. Amma qarşıda bizi çətin keçəcəyi şübhə doğurmayan cavab oyunu gözləyir. Çünki final şansımız 50-nin 50-yədir. Kimi tərifləyə bilərəm? Buna ehtiyac varsa, Adrian və Dieqo Kostanın adını çəkə bilərəm. Onlar möhtəşəm bir matç keçirdilər. Vurduğumuz hər iki qolda onların böyük rolu oldu".

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail