Bekhem: "Bütün məvacibim xeyriyyə üçün sərf olunacaq"

01.02.2013 | 3272 dəfə oxunub

"PSJ"nin yeni transferi Devid Bekhem keçidindən danışıb. Stadium.az xəbər verir ki, təcrübəli futbolçu Paris klubundakı məvacibinin xeyriyyə fonduna köçürələcəyini bildirib: "Xeyli klubdan təklif almışdım. Bu baxımdan bəxtimin gətirdiyini söyləyə bilərəm. Yekunda "PSJ"yə keçməyə qərar verdim. Çünki bu klubun rəhbərliyinin əməyini qiymətləndirirəm. Bu cür möhtəşəm proektin bir hissəsi olmağı çox istəyirdim. Bu günədək çıxış etdiyim bütün klublarda uğur qazanmışam. Ən yüksək səviyyədə çıxış etmək baxımından böyük təcrübəyə sahibəm. Ançelotti dünyadakı ən yaxşı məşqçilərdən biridir. Buna qədər də onunla birgə çalışmışam. Oynamaq üçün hələ də özümdə güc hiss edirəm. Sanki 21 yaşım var. Yeni rəhbərliyin gəlişi ilə "PSJ"də böyük dəyişikliklər olub. Gələcəkdə də komandanın bir parçası olmaq istəyirəm. Mənim bütün məvacibim xeyriyyə fonduna gedəcək. Bu keçiddən maddi baxımda böyük qazanc əldə etməyəcəyəm. Yeni komandamın heyətində bir sıra ulduzlar çıxış edir. İlk növbədə İbrahimoviçin adını qeyd edə bilərəm. Onu hər zaman dünyadakı ən yaxşı hücumçulardan biri hesab edirəm. Çox şadam ki, komandada bu cür səviyyəli lider var. İsveçli forvard komanda üçün mühüm oyunçudur. Bu səbəbdən də cərimə zərbəsi vurmaq hüququnu ona verəcəyəm. Amma tam olaraq yox (gülür). Aramızda növbəlik prinsipi olacaq. Vaxtı ilə Roberto Karlosla da belə edirdik. Karyeramı bitirməklə bağlı indidən bir söz deyə bilmərəm. Bəlkə də bu mənim karyeramdakı sonuncu müqavilə deyil. Özümü yaxşı hiss edirəm və futboldan getməyə tələsmirəm". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail