Gəncə derbisi yenə heç-heçə yekunlaşdı

01.02.2013 | 4035 dəfə oxunub

Bu gün "Kəpəz"in əvəzedici heyəti yoxlama görüşündə Gəncəni I divizionda təmsil edən "Tərəqqi" ilə qarşılaşıb. Stadium.az xəbər verir ki, Gəncə şəhər stadionunda reallaşan oyunun start fiti saat 14:00-da verilib. Görüşü Sərxan İsmayılovun başçılıq etdiyi yerli gənc hakimlər briqadası idarə edib.

Hər iki komandanın baş məşqçisi ilk dəqiqələrdən meydana əsas futbolçularını buraxıb. Bununda nəticəsi olaraq, tribunalara toplaşan az saylı tamaşaçılar çəkişməli mübarizəyə şahid olublar. Ancaq futbolçuların səyinə baxmayaraq, ilk yarıda hesab açılmayıb. Yalnız fasilədən sonra tərəflər hərəyə bir dəfə fərqlənmək imkanı əldə ediblər. İkinci hissədə məşqçilər əsasən ehtiyat qüvvəni və heyətdə baxışda olanları gözdən keçirmək üçün meydanda onlara şans verib. Özlərini ən yaxşı tərəfdən göstərməyi bacaranlardan Ülvi Aslanov və Şikar Abbasov toru sirkələyib. Əvvəlcə "Tərəqqi"dən Aslanov hesabı açıb. "Kəpəz"in əvəzedici heyətindən isə Abbasov bərabərliyi yaxalayıb.1:1.

Nəzərinizə çatdıraq ki, bu oyun komandalar arasında son 7 gündə sayca ikinci yoldaşlıq görüşü olub. Belə ki, tərəflər ötən həftə üz-üzə gəlmiş və həmin görüş də bərabərliklə nəticələnmişdi. 0:0.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail