"Sumqayıt" növbəti transferini reallaşdırdı

03.02.2013 | 4842 dəfə oxunub

Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlaşan “Sumqayıt” Futbol Klubu növbəti transferini reallaşdırıb. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, Sumqayıt təmsilçisi Azərbaycan U-21 millisinin sabiq yarımmüdafiəçisi Mirzağa Hüseynpuru heyətinə qatıb. 1990-cı il təvəllüdlü futbolçu klubla 1,5 illik müqavilə imzalayıb.

“Azərbaycanın Goranboy şəhərində anadan olmuşam. Uşaq yaşlarımda ailəmlə birlikdə Rusiyaya köçmüşəm. Futbola da elə bu ölkədə başlamışam. 2005-2010-cu illər ərzində “Rostov” klubunda çıxış etmişəm. Əsas komandaya yüksəldiyim vaxt isə ağır zədə aldığım üçün burada möhkəmlənə bilməmişəm və “Mitos”a keçmişəm. Bu gün “Sumqayıt” Futbol Klubu ilə müqavilə imzaladım. İnşallah özümü yaxşı tərəfdən göstərib uğur qazanaram”, - deyə Mirzağa klubun rəsmi saytına açıqlama verib.
 
Qeyd edək ki, Mirzağa “Mitos”un heyətində 25 qarşılaşmada meydana çıxıb və 1 qol vurub. O, həmçinin vaxtilə Azərbaycanın U-17 və U-21 millilərinin şərəfini qoruyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail