Ramil Əliyev: “Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz” Müsahibə

03.02.2013 | 4208 dəfə oxunub

"Rəvan"ın baş məşqçisi Ramil Əliyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- Artıq 4 yoldaşlıq oyunu arxada qalıb. Yalnız əvəzediciləri uda bildik...

- Yoldaşlıq oyunlarında nəticə əsas olmur. 4 oyun keçirməyimizin də səbəbi var. İlk 2 matçı keçirməklə bir növ əsas heyəti müəyyənləşdirməyə çalışdıq. Sonrakı 2 oyun isə futbolçular arasındakı anlaşma səviyyəsini artırmaq üçün idi. Yəni nəticəni düşünmürdük. Özünüz də gördüz ki, oyunların hamısında heyəti praktiki olaraq tam dəyişirdim. İndi sınamasam, harda sınayacam?! I divizion komandaları da bizə qarşı çox aqressiv oynayır. Həm "Qaradağ Lökbatan”, həm də "Neftçala” ilə oyunlarda rəqib aqressivlik həddini aşırdı. Bir tərəfdən bunu normal hal kimi qiymətləndirirəm. Axı futbolçular məşqçinin gözünə girməyə çalışır. Premyer liqa təmsilçisiylə matçlarda isə onların mübarizliyi daha da artır. Təbii, qələbə qazanmaq istəyirdik, amma olmadı. Hər oyunda qələbəmizə müxtəlif səbəblər təsir etdi. Konkret son oyunumuzda hakimin gülməli penaltisini vurğulaya bilərəm. Hər belə mübarizəyə görə qayda pozuntusu qeydə alınsa, onda gərək hər dəqiqə fit səslənsin.

- Ümumilikdə toplanışı necə dəyərləndirirsiz?

- Fikrimcə, toplanış yaxşı keçdi. Əsas odu ki, istəyimizi futbolçulara tam başa saldıq. Ümidvaram ki, çempionatda bunun bəhrəsini görəcəyik.

- Komanda hal-hazırda çempionata neçə faiz hazırdı?

- Premyer liqanın oyununa kimi hələ qarşıda 1 həftə də vaxtımız var. Matça qədər hardasa 70-80 faiz hazır olacağıq.

- Baş məşqçi kimi təxminən bir aydı fəaliyyət göstərirsiz. İşinizdən nə dərəcədə razısız?

- O qədər də razı deyiləm. Görüləsi işlər hələ çoxdur. Gəlin nəzərə alaq ki, futbolda 1 ay o qədər də böyük müddət deyil. Yavaş-yavaş öz istədiyimə nail olacam.

- Bu 1 ay ərzində oyun fəlsəfənizi futbolçulara tam aşılaya bilmisiz?

- Tam deməzdim. Ancaq 70-80 faiz anlayırlar ki, biz onlardan nə tələb edirik. Əsas məqsədimiz həm oyuna, həm də topa nəzarət etməkdir. Bu tam fərqli şeylərdi. Qol vurana kimi topun bizdə olmasına çalışırıq. İndi əsas məqsəd məhz budu. Texniki planda bəzi axsamalar var. Ancaq tədricən bunu da yoluna qoyacağıq. Rəsmi oyunlarda artımı özünüz də hiss edəcəksiz.

- Yeni futbolçular hələ olacaq?

- Transfer fəaliyyətimiz hələ bitməyib. Bir neçə futbolçu da baxışa gələcək. Onlar həm yerlilərdən olacaq, həm də legioner. Bizə hələ 2-3 mövqeyə futbolçu lazımdı.

- Baxışda olan Kirill Sidorenkonun durumuna aydınlıq gəlib?

- Ona birinci hissə şans verdim. Amma ciddi heç nə ilə yadda qalmadı. Bu futbolçu legioner kimi bizə yaramadı. Bəyənilmədi və yola saldıq getdi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail