"Qəbələ" 5 futbolçu ilə rəsmi müqavilə imzaladı

03.02.2013 | 6229 dəfə oxunub

Hazırlıqlarının  Antalya mərhələsini tamamlayaraq vətənə dönən  “Qəbələ” heyətini 5 futbolçu ilə gücləndirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər ki, bir müddətdir komandanın düşərgəsində baxışda olan Amit Quluzadə, Luka Jinko, İfeanye Emeqara, Mustafa Dabo və Kristian Pulhak rəsmən qırmızı-qaraların sıralarına qatılıb. 
 
Amit Quluzadə

1992-ci ildə Bakıda anadan olan Amit peşəkar futbolçu karyerasına “Neftçi”də başlayıb.  2009-2011-ci illərdə paytaxt təmsilçisinin şərəfini qoruyan yarımmüdafiəçi 2011-2012 mövsümünü Türkiyənin “Kayseri Erciyesspor” klubunda keçirib. Quluzadə 2012-2013-cü futbol ilinin ilk yarısında Bakı təmsilçisi “Rəvan”da top qovub. Yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.

Luka Jinko

1983-cü ildə Sloveniyada anadan olan Jinko peşəkar futbolçu karyerasına doğma ölkəsində 2003-cü ildə “Smartno” klubunda start verib. Karyerası boyunca “İstres” (Fransa), “Bela Krayina”, “Domjale”, “Rudar Valenye” (hamısı Sloveniya), “Kocaelispor” (Türkiyə), “Alki”, “APOP Kinyras” kimi klublarda top qovan futbolçu ilə 6 ay + 1 illik müqavilə imzalanıb. Luka Jinko Sloveniya milli komandasının formasını da geyinib. 

İfeanye Emeqara

Emeqara 1984-cü ildə Nigeriyada anadan olub. Peşəkar futbolçu karyerasına Avropada başlayan müdafiəçinin ilk klubu Serbiya “Partizan”ı olub. İki mövsüm – 2004-2005, 2005-2006 müvsümlərində sözügedən ölkədə top qovan Emeqara 2006-cı ildən 2012-ci ilin sonunadək Ruminiya klublarının – “Poli Timişuara” (2006-2007) və “Styaua”nın (2007-2012) şərəfini qoruyub.  Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mustafa Dabo

1986-cı ildə Seneqalda anadan olan futbolçu karyerası boyunca “Sion”, “Servett”, “Sent-Qallen”, “İverdon”, “Aarau” (hamısı İsveçrə), “Əl Sailiyə” (Qətər), “İttihad Kalba” (Birləşmiş Ərəb Əmirlikləri) top qovub. Dabonun “Qəbələ”dən öncəki klubu isə Litvanın “Spartak” komandası olub. Hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.

Kristian Pulhak

1984-cü ildə Rumuniyada anadan olan Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - “Dinamo” Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın “Herkules” klubunda icarə əsasında top qovub. Müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
 
Yaxın günlərdə “Qəbələ” daha bir futbolçu ilə münasibətlərini rəsmiləşdirəcək. Serbiyalı futbolçu Nikola Valentiç tibbi  müayinədən sonra rəsmən “Qəbələ”li olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail