"Neftçi" ÇSKA, "Feyenord", "Trabzonspor" və "Beşiktaş"ı qabaqladı

04.02.2013 | 6076 dəfə oxunub

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünya klublarının yanvar ayı üçün reytinq cədvəlini açıqlayıb. Stadium.az xəbər verir ki, dünyanın ən güclü 425 klubunun adının yer aldığı siyahıda 1 Azərbaycan təmsilçisi də var. Söhbət son iki ilin çempionu "Neftçi"dən gedir. "Ağ-qaralar" ötən ayla müqayisədə 3 pillə irəliləyərək, 188-ci yerə çıxıb. "Neftçi"nin aktivində 90,5 reytinq balı var. Çempionumuz sıralamada ÇSKA (Moskva), "Feyenord", "Los Anceles Qelaksi", "Volfsburq", "Trabzonspor", "Beşiktaş" kimi klubları qabaqlayıb.

Dünya klublarının reytinqinə əvvəlki kimi "Barselona" başçılıq edir. İkinci pilləyə "Atletiko" Madrid sahıb çıxıb. Ötən ay ikinci olan "Çelsi" isə üçüncü sıraya enib. İlk "10-luq"da həmçinin "Boka Xuniors", "Bavariya", "Korintians", "Real", "Lion", "Borusiya" (Dortmund) və "Universidad de Çili" klubları yer alıb. 

Türkiyə klublarından ən yaxşı göstərici "Fənərbaxça"ya məxsusdur - 34-cü yer. Digər Türkiyə klublarının yanvar ayındakı mövqeləri isə aşağıdakı kimidir: "Qalatasaray" - 96, "Bursaspor" - 113, "Eskişehirspor" - 117, "Karabükspor", "Trabzonspor" - hər ikisi - 343, "Beşiktaş" - 382, "Sivasspor", "Antalyaspor" hər ikisi - 422.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail