Yapon futbolçu "Rəvan"da məşqə çıxdı

04.02.2013 | 4178 dəfə oxunub

Premyer liqanın yerdə qalan bölümünə hazırlıqlarını davam etdirən "Rəvan” futbol klubu bu gün 1 məşqlə kifayətləndi. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komanda saat 11:00-da Bayıl Stadionunun meydanına çıxdı.

Əvvəlcə sadə təmrinlərlə isinmə hərəkətləri yerinə yetirən futbolçular sonradan fiziki çalışmalara meyilli oldu. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitski də bu çalışmalarda fəal iştirak etdi. Şən əhval-ruhiyyənin mövcudluğu kənardan xoş mənzərə yaradırdı. Baş məşqçi Ramil Əliyev ardından futbolçuları toplu çalışmalara, "kvadrat” oynamağa və meydanın yarı hissəsində ikitərəfli oyuna dəvət etdi. Xüsusən sonuncu mini-oyun daha gözəl alındı.

Qeyd edək ki, düşərgəyə təzə qoşulan və baxışa gələn yaponiyalı müdafiəçi Naoya Şibamura da komandayla idi. Əsasən vətənində çıxış etmiş arxa xətt oyunçusu karyerasına Sinqapurun "Albireks Niiqata” kollektivində başlayıb, 2011-ci ildə Latviyanın "Ventspils”, 2012-ci ildə isə Özbəkistanın "Paxtakor” və "Buxara” komandalarında top qovub. Komandayla birgə ilk məşqinə çıxan yapon oyunçuyla bağlı yekun qərarı məşqçilər yaxın günlərdə verəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail