"Anderlext"in futbolçusu rəsmən "Qarabağ"da

06.02.2013 | 5267 dəfə oxunub

"Qarabağ" növbəti transferini reallaşdırıb. Stadium.az xəbər verir ki, bundan öncə Kristian Torres, Elvin Musazadə, Branimir Subaşiçi sıralarına qatan Ağdam klubu Belçikanın ən məşhur klubu olan "Anderlext"dən Reynaldo Dos Santos Silvanı transfer edib. Qısaca Reynaldo adlanan braziliyalı 1989-cü il təvəllüdlüdür. Ön xəttdə universal oyunu ilə seçilən forvard 19 yaşında "Anderlext"ə transfer olunub. Son 2 mövsümdə yüksək liqada "Serkl Brügge" və "Vesterlo"çıxış edən Reynaldo parlaq çıxışla yadda qalıb. Brügge təmsilçisində klubun bombardiri olan Reynaldo bu mövsüm yenidən "Anderlext"ə qayıtmışdı. "Qarabağ" Reynaldonu məhz adıçəkilən klubdan transfer edib. Braziliyalı ilə 3 illik müqavilə imzalanıb. 

Reynaldo klubun rəsmi saytına verdiyi açıqlamalarda ilkin təəssüratlarını bölüşüb: "Qarabağ" mənimlə maraqlananda komanda haqqında məlumat topladım. Klubun layihəsi diqqətimi cəlb etdi. "Qarabağ"ın daim avrokuboklarda oynamaq istəyi, hədəfləri bildikdən sonra yeni klubumda oynamağı seçdim. Klub funksionerləri ilə danışıb komandanın layihəsinin bir parçasına çevrilməyə razılıq verdim. Artıq Bakıdayam. Klubun çalışanları məni olduqca isti qarşıladı. Hiss olunur ki, burda tam başqa abu hava höküm sürür. Bilirəm ki, "Qarabağ"ın cari mövsüm ən böyük hədəfi çempionluqdur. Turnir cədvəlinə baxdıqda bunun heç də əlçatmaz olduğunu görürük. "Qarabağ"da uğur qazanmaq istəyirəm. "Qarabağ"n matçlarının videogörüntülərini izləmişəm. Komandam baxımlı, texnikalı futbol oynayır. Azarkeşlərə zövqverən futbol yaşatmağa çalışacağıq. İnanıram ki, mövsümün sonunda çempionluq sevinci yaşayacağıq". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail