Vaqif Cavadov: "Qələbəni statistika qazanmır"

07.02.2013 | 5086 dəfə oxunub

"Qarabağ" "Qəbələ"ylə oyunun hazırlıqlarını davam etdirir. Stadium.az xəbər verir ki, Antalyadan təlim-məşq toplanışından döndükdən sonra millilərə 6 futbolçu göndərən komanda tam heyətlə çalışa bilmirdi. Dünən Lixtenşteynlə qarşılaşan millimiz artıq Bakıdadır. 1:0-lıq qələbə zamanı yeganə qola "Qarabağ"ın forvardı Vaqif Cavadov imza atıb. Bununla da 23 yaşlı hücumçu millidə qolların sayını 8-ə çatdıraraq bu göstəricidə 2-ci sıraya yüksəldi. Vaqif klubun rəsmi saytına verdiyi açıqlamada daha ətraflı danışıb: "Millimizin bu il ilk qələbəsi çox vacib idi. Bu qələbə bizim əhval-ruhiyyəmizə pozitiv təsir göstərəcək. Millidə bombardir olmaq əsas hədəfim deyil. Amma  təbii ki, hələ gəncəm. Ümid edirəm ki, hələ uzun müddət millidə oynayıb qol hesabımı artırmaq şansım olacaq. İndi çempionata köklənmək lazımdır. Qarşıdan "Qəbələ" ilə oyun gəlir. Qəbələlilər hamıdan çox transfer edib. Onlar da yüksək yerlərə iddialıdırlar.  Olduqca çətin oyun olacaq. Düzdü, son zamanlar "qırmızı-qara"larla görüşlərdə qələbə qazana bilmirik. Amma meydana çıxanda qələbəni statistika qazanmır. Qurban müəllimin məni hücumun sivri ucunda oynatmasına gəlincə. Mənim üçün belə baxanda fərqli yoxdur. Məşqçimiz üçün harda daha çox fayda verəcəyim maraqlıdı. Millidə qol vurduqdan sonra təbii ki, "Qəbələ"yə də qol vurmaq istərdim. Amma qələbə qolunu. Uğurlu başlamaq çox yaxşıdır. İnanıram ki, Qəbələdən istədiyimiz nəticə ilə dönəcəyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail