"Nahaq yerə komandada olmadığımı sübut etməliyəm" Müsahibə

07.02.2013 | 4410 dəfə oxunub

"Kəpəz"in gənc yarımmüdafiəçisi Elxan Əzizov pfckapaz.com saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir.

Fasilə müddətində baş məşqçi Mahmud Qurbanov bir çox gənclərlə yolları ayırsa da, səni komandada saxladı. Səncə, bu nə ilə bağlıdır?
İlk növbədə Mahmud müəllimə məni ötən yay komandaya götürdüyü üçün təşəkkür edirəm. Komandamızda cavanlara üstünlük verilir. Baş məşqçimiz gənclərə oynamaq, özlərini göstərmək imkanı yaradır. Yəqin ki, mənim oynamaq istəyimi, həvəsimi nəzərə alaraq, daha bir şans verib. Əslində, onunla işləmək qürurvericidir.

Mövsümün ilk yarısında səni start heyətində də gördük. Bəs indi necə?
"Kəpəz"in sıralarında olmaq mənim üçün böyük şansdır. Doğma komandamıza düşmüşəmsə, təkcə bununla kifayətlənmək fikrində deyiləm. Hər bir futbolçunun istəyi meydana çıxıb, komandasına kömək etməkdir. Elə məndə verilən imkandan yararlanıb, sevimli "Kəpəz"imizə xeyir vermək istəyirəm. Məşqlərdə əzmlə çalışıram. Məşqçilər şans verəcəyi təqdirdə əlbəttə ki, oyunlara çıxıb, üzərimə düşən işin öhdəsindən gəlməyə çalışacağam. Özümü doğruldub, nahaq yerə komandada olmadığımı sübut etməliyəm.

Meydana çıxdığın oyunlarda azarkeşlər sənin həvəs hesabına oynadığını düşünürlər.
Düz deyirlər. Hardasa təcrübəsizlik olar bilər. Ancaq oynamağa həvəsim olduqca böyükdür. Meydana çıxmağa çox istəkliyəm və buna can atıram. Futbolçuda bacarıq və güclə yanaşı, həvəs də olmalıdır. Bunsuz futbol oynamaq olmaz. Özümdə oynamağa güc hiss edirəm və hər an meydana çıxmağa hazıram. Mən futbol oynamaq, mübarizə aparmaq istəyirəm.

Çempionatın qarşıdakı hissəsi haqda nə deyə bilərsən?
Vəziyyətimiz o qədər də yaxşı deyil. Amma hamımız çalışırıq ki, "Kəpəz"i düşdüyü durumdan çıxaraq. Klub rəhbərliyi də sağ olsun, komandaya dəstək verir. Mahmud Qurbanov komandanı təzə götürəndə işlərimiz yaxşı gedirdi. Onun başçılığı altında ilk oyunlarda pis çıxış etmədik. Sonradan komanda uğursuzluq zolağına düşdü. İnşallah, yenidən azarkeşlərimizi qələbələrlə sevindirərik.



  #1   Adınız: mamed;   E-mail: [email protected]

07.02.2013 20:06

ILKIN BIZ ZAQATALALILARIN FEXRIDI!

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail