Karles Bakes: "Bu matçların nəticələri çox da vacib deyildi"

08.02.2013 | 4768 dəfə oxunub

"Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik". Stadium.az xəbər verir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Karles Bakes komandanın Antalyada keçirdiyi təlim-məşq toplanışı haqda danışarkən klubun rəsmi saytına deyib.

İspan mütəxəssis bildirib ki, 4 həftə əvvəl təlim-məşq toplanışına başlayan komanda ilə indiki arasında xeyli fərq var: "Bu həftə tam heyətlə işləmək imkanımız olacaq. Bundan başqa, demək olar ki, 4 həftə bundan öncə Antalyaya gələn “Xəzər Lənkəran”la hazırkı komanda arasında böyük fərq var. Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır. Yoldaşlıq oyunlarına gəldikdə isə, deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, biz tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədir".

Bakes kimi onun köməkçiləri də hazırlıq prosesindən razı qalıblar: 

Erik Roketa (fiziki hazırlıq üzrə məşqçi): "Futbolçuların 3 həftəlik tətil boyu istirahət etməyə və zədələrini sağaltmağa kifayət qədər imkanları oldu. Ona görə də onlar bu hazırlıqlarda yaxşı çalışdılar. Son üç həftədə biz onlarin fiziki göstəricilərini və taktikalarını inkişaf etdirmək üçün çalışdıq. Bu, futbolçular üçün çox vacibdir. Çünki onlar növbəti 4 həftə ərzində çempionatın təsnifat mərhələsinin qalan oyunlarına çıxacaqlar və bundan sonra play-off matçları oynanılacaq. Mən onların fiziki hazırlıqlarını 100% kimi dəyərləndirə bilmərəm, amma bu rəqəm 70-80% ola bilər. Futbolçular düşərgədə ciddi şəkildə işlədilər. Son məşq kifayət qədər intensiv keçdi. Ümumiyyətlə, komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm".
 
Hafiz Əliyev (qapıçılarla iş üzrə məşqçi): "Məşqlərdən razı qaldım. Ümumiyyətlə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu. Uşaqlar fiziki cəhətdən kifayət qədər yükləndilər, təcrübələrini artırdılar və bu, sözsüz ki, qarşıdakı çempionat oyunlarında öz bəhrəsini verməlidi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail