"Xəzər Lənkəran"ın futbolçuları təlim-məşq toplanışını dəyərləndirdilər

08.02.2013 | 4614 dəfə oxunub

"Xəzər Lənkəran"ın futbolçuları komandanın Antalyada keçirdiyi təlim-məşq toplanışı haqda klubun rəsmi saytına açıqlamalar veriblər. Stadium.az həmin fikirləri təqdim edir:

Elnur Abdullayev: "Toplanış yüksək səviyyədə keçdi. Bu müddət ərzində yoldaşlıq oyunları keçirdik. Belə oyunların nəticələri o qədər də əhəmiyyət kəsb etmir. Yoldaşlıq oyunlarının məqsədi futbolçuların fiziki durumunu, taktiki gedişlərini müəyyən edib daha da yaxşılaşdırmaqdır. Əsas çempionatdır. Məqsədimiz də “İnter”lə oyuna hazırlaşmaqdır. İnşallah “İnter”lə oyundan qalib çıxarıq".
 
Uğur Pamuk: "Toplanışdan çox razı qaldım. Zənnimcə burada biz yaxşı hazırlıq keçdik. Ümid edirəm ki, klubun etdiyi transferlər də uğurlu olar və bu öz bəhrəsini tezliklə verər. Əsas məqsədimiz çempionatın təsnifat mərhələsinin son dörd turunda qələbə qazanıb mübarizəni ilk altılıqda davam etməkdir".
 
Kazım Kazımlı: "Hazırlığımız əla keçdi. Artım nəzərə çarpacaq səviyyədədi, bu hiss olunur. Düşünürəm, komandamız qarşıdakı oyunlarda ancaq qələbə qazanaraq öz mövqeyini altılıqda bərkidəcək".
 
Orxan Sadıqlı: "Toplanış bizim üçün çox vacib idi. Allahın köməkliyi ilə bunun xeyrini çempionat oyunlarında görərik. Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Toplanış ərzində keçirilən oyunlar yox, bizi əsas maraqlandıran çempionat matclarıdır ki, orada da özümüzü göstərəcəyik inşallah. Camaat bizi gözləyir, biz də onlar üçün darıxmışıq. İnşallah onlarla görüşəcəyik".
 
Dimitrios Sialmas: "Düşünürəm ki, biz burada olduğumuz müddətdə hamımız birlikdə bir ailə kimi çalışdıq. Ola bilər ki, biz bəzi yoldaşlıq görüşlərində qələbə qazana bilmədik. Amma bu çox da önəmli deyil. Bizə qarşıdakı play-off-dan öncəsi matçları qazanmaq lazımdır. Biz Azərbaycana qayıtdıq və bizim burada 4 oyunumuz olacaq. Biz bu oyunlarda qalib gəlməliyik və qalib gələcəyik".
 
Radomir Todorov: "Bu təlim-məşq toplanışında mənim məşqlərim daha çox bərpa xarakteri daşıyırdı. Tibbi korpus mənim zədədən bərpa olunmağım üçün əlindən gələn hər şeyi edir. Hələlik hər şey qaydasında gedir. Ümid edirəm ki, gələn həftə topla oynamağa və komandayla məşq etməyə başlayacağam. Düşünürəm ki, mənim komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var".
 
Adrian Skarlatake: "Mənim fikrimcə bu çox yaxşı təlim məşq toplanışı idi. İndi komanda daha yaxsi vəziyyətdədir və biz növbəti oyunlara hazırıq. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, öz azarkeşlərimiz üçün play-off mərhələsinə vəsiqə qazanaq. Biz öz azarkeşlərimizə söz veririk ki, biz play-off öncəsi 4 oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".
 
Marin Orsuliç: "Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. “Xəzər Lənkəran” böyük camiədir. Mən görürəm ki, komanda günü gündən yaxşıya doğru gedir. Burada çox yaxşı oyunçular var. Düşərgə həqiqətən də mükəmməl idi. Bizim üçün şəraitin ən yaxşısı yaradılmısdır: yaxşı meydança, yaxşı otel, yaxşı məşqlər. Bizim hər gün iki dəfə keçirilən məşqlərimiz çox maraqlı idi. Təlim məşq toplanışı ərzində biz ciddi şəkildə işlədik. Düşünürəm ki, biz artıq çempionat oyunlarına hazırıq".
 
Adrian Pit: "Mən düşərgədəki məşq prosesindən razı qaldım. Ümid edirəm ki, biz İnterlə oyundan qalib ayrılaraq, play-off mərhələsindən öncəki digər 3 matçda da qələbə qazanacağıq. Biz bu oyunlara tam olaraq hazıq olmalıyıq. Bu 4 oyun bizim üçün döyüş kimi keçəcək. Biz bu oyunlarin hər birində qələbə qazanmalıyıq və əlimizdən gələn hər şeyi etməliyik ki, play-off mərhələsinə vəsiqə qazanaq. Bu bizim üçün çox önəmlidi".
 
Roberto Alviz: "Fikrimcə, biz təlim məşq prosesini uğurla tamamladıq. Çünki bizim məşq zamani heç bir futbolçumuz zədələnmədi. Biz 5 oyun oynadıq və düşünürəm ki, biz çempionata hazırıq. Klub bir sıra yeni futbolçular transfer edib. İnanıram ki, onlar bizə kömək edəcəklər. Mən ümid edirəm ki, biz bu təlim məşq toplanışı ərzində öz keyfiyyətimizi artırdıq və düşərgənin nəticəsini şəxsən mən 5 balla qiymətləndirərdim".
 
Elnur Allahverdiyev: "Komandamız toplanış müddəti ərzində yaxşı hazırlaşdı, bu prosesə ciddi yanaşıldı. Biz bilirdik ki, işimiz çətindir: həm altılığa düşmək üçün üzümüzə gələn 4 oyunda qələbə qazanmalıyıq, həm çempionluq uğrunda mübarizəni layiqincə aparmalıyıq. Ona görə də məsuliyətlə çalışırdıq. Futbolçuların hamısı əlindən gələni etdilər. Allah eləməsin, biz uğursuz nəticə göstərsək, bu nə komandaya nə də futbolçu kimi bizə yaraşar. Ona görə çox ciddi çalışdıq, məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İnşallah onun bəhrəsini çempionatda görəcəyik. Mən komanda yoldaşlarımın hamısına inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail