AFFA bəzi oyunların "danışılacağından" şübhələnir

08.02.2013 | 4355 dəfə oxunub

UEFA 27 may 2011-ci il tarixli sirkulyar məktubuna əsasən Avropa miqyasında üzv Assosiasiyalarda danışılmış oyunlara qarşı mübarizə aparmaq üçün nümayəndələrdən ibarət şəbəkə yaratmışdır. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, bu şəbəkənin yaradılmasının əsas məqsədi danışılmış oyunların qarşısının alınmasıdır. UEFA  2012-ci ildən etibarən danışılmış oyunlarla bağlı mübarizə işinə nəzarəti gücləndirmiş və  üzv olan 53  Assosiasiyada nəticəsi şübhə doğuran oyunları yoxlamağa başlamışdır.

Bu layihə çərşivəsində AFFA  müxtəlif mənbələrdən  daxil olan məlumatlara  uyğun olaraq şübhəli oyunların araşdırılmasını həyata keçirir  və bununla bağlı UEFA ilə məlumat mübadiləsi aparır. Son zamanlar AFFA-ya daxil olmuş məlumatlara əsasən Topaz  Premyer Liqasının növbəti turlarında keçiriləcək bəzi oyunların “danışılmış oyunlar” kateqoriyasına daxil olması ehtimal olunur. Eyni zamanda, oyunların nəticələrinin əvvəlcədən müəyyənləşdirilməsində bəzi futbolçuların iştirakı da ehtimal olunur. Bu məlumatı nəzərə alaraq AFFA bu oyunları diqqətlə izləmək üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət xüsusi  qrup yaratmışdır. Bu qrup həmin oyunları diqqətlə izləyəcək və  AFFA-nın Apellyasiya və Ekspert Komitəsinə  hesabat təqdim edəcək. Qrup üzvlərinin hesabatı əsasında oyunların nəticələrinin şübhəli olub-olmaması faktı müəyyənləşdiriləcək. UEFA-nın tələblərinə əsasən qrupun fəaliyyəti  konfidensial xarakter daşıyır.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail