Droqba: "Qollarımın ardından onunla rəqs edəcəyəm"

08.02.2013 | 6203 dəfə oxunub

Bu gün İstanbula gələn "Qalatasaray"ın yeni transferi Didye Droqba klubun ofisinə gəldikdən sonra komandanın televiziyasına açıqlamalar verib. Stadium.az Droqbanın İstanbuldakı ilk açıqlamalarını təqdim edir:

* Xeyli sayda azarkeşin məni qarşılamaq üçün hava limanına gəlməsinə çox sevindim. İlk dəfədir ki, İstanbula gəlirəm. Azarkeşlərin bu cür maraq göstərməsindən çox qürurlandım.

* Bazaya gəldikdən sonra Fatih Terimlə görüşdüm. Türkiyə ilə keçirdiyimiz yoxlama oyunundan öncə Terimlə biraraya gəlmişdik. Onun necə insan olmasından xəbərdaram. 

* Ebue mənə qardaş kimidir. Onunla transferim haqda dəfələrlə söhbət etmişik. Ebue mənə deyirdi ki, əsl azarkeş, coşqulu fanatlar görmək istəyirsənsə, İstanbula gəl. Ebue həmçinin Türkiyədə futbolun səviyyəsinin yüksək olmasından və insanların bu idman növünə necə bağlı olmalarından danışıb. 

* Maurinyo mənə möhtəşəm bir şəhər, möhtəşəm bir komanda və hər şeydən önəmlisi çox yaxşı bir mütəxəssislə çalışacağımı dedi. 

* Çempionlar Liqasında uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Mənim və Sneyderin komandaya gəlişi rəqiblərimizə bir mesajdı. Qarşıda bizi "Şalke" ilə 2 mühüm matç gözləyir. Mərhələni adlamaq üçün əlimizdən gələni edəcəyik. 

* Çempionlar Liqasında "Çelsi"dəki komanda yoldaşılarımla birgə möhtəşəm uğur qazandıq. İndi də eyni uğuru burada təkrarlamaq istəyirəm. İmkansız olan heç nə yoxdur. İşimiz asan deyil, bu, aydındı. Lakin insanın nail ola bilməyəcəyi hədəf də yoxdur. 



* Noyabrdan sonra çox az oyunda forma geydim. Bu səbəbdən də Afrika Kuboku formamı yüksəltmək baxımından çox faydalı oldu. 100 faiz hazır olmaq üçün müəyyən vaxta ehtiyacım var. 

* Ebueyə görə Fiil Dişi Sahilində xeyli sayda "Qalatasaray" fanatı var. Mənə görə ölkəmdəki "Qalatasaray"lıların sayı daha da artacaqsa, bundan çox məmnun qalacağam. 

* Ebuenin rəqsi və rəqs tərzləri məndən daha yaxşıdır. Ümid edirəm ki, ilk, ikinci və üçüncü qollarımın ardından onunla rəqs edəcəyəm. 

* "Qalatasaray"da əvvəlcə 11 nömrəni seçmək istəyirdim. Amma həmin formanın sahibi var. Bu səbəbdən də 12-ni seçdim. Qızım 12-ci ayda doğulduğu üçün, bu rəqəmi seçdim. Məncə, nömrədən daha çox o nömrə altında oynayan futbolçunun çıxışı daha böyük önəm daşıyır. 





Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail