Cavid İmamverdiyev: "Özüm Sadıq Sadıqovdan israrla xahiş etdim ki..." Müsahibə

09.02.2013 | 6096 dəfə oxunub

“Neftçi” PFK-nın futbolçusu Cavid İmamverdiyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az həmin müsahibəni təqdim edir:

- “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki çıxışından sonra digər futbolçularımız kimi səninlə də bir çox Avropa klubları maraqlanmağa başladı. Hətta Ukraynanın “Dinamo” Kiyev klubunun düşərgəsinə də yollanmışdın. Bu təkliflər arasında niyə məhz “Dinamo” Kiyev klubunu seçmişdin?

- Doğrudan da avrokuboklardakı çıxışımızdan sonra təkliflər çoxaldı. Bu klublar arasından “Dinamo”nun təklifi mənə daha maraqlı idi. Bu klubun ənənəsi və gücü göz qabağındadır. Yetirməsi olduğum “Neftçi” klubunun rəhbərliyi də mənim ölkə xaricinə çıxmağımı və ən önəmlisi əsas komandada möhkəmlənməyimi istəyirdi, eyni zamanda ikinci heyətdə oynamağımı məqsədəuyğun saymırdı. Mən özüm klub prezidenti Sadıq Sadıqovdan israrla xahiş etdim ki, Kiyevə gedim. Yoxlama oyunlarından sonra mənə “Dinamo” 2-də oynamaq təklif olundu. Məşqçilər dedi ki, əsas komandada oynamağa hələ hazır deyiləm. İkinci heyətdə isə çıxış etmək istəmədim.

- Nə üçün digər təklifləri dəyərləndirmədin?

- İndi bu haqda düşünürəm və fikirləşirəm ki, “Dinamo”ya keçməkdə israr etməsəydim digər variantlardan yararlana bilərdim. Hər halda biz səhvlər üzərində öyrənirik. Gələcək transfer dönəmində necə addım atacağımı bilirəm. Əlbəttə güclü komandada oynamaq hər kəsin arzusudur amma gərək əsas heyətdə meydanda olub sözünü deyə biləsən. Məndən əvvəl Araz Abdullayev ölkə xaricində oynamışdı. Həmin dövrdə “Neftçi” rəhbərliyi israrla onun əsas heyətdə meydana çıxması şərtini irəli sürmüşdü. Əgər bundan sonra legioner həyatı yaşasam hisslərimlə deyil, komandamızn uyğun gördüyü şəkildə hərəkət etməyə çalışacam. Bu daha məntiqli və doğru olar.

- Gələn mövsüm Cavidi ölkə xaricində görmək istərdik.

- İndiki halda mənim “Neftçi” ilə uzun müddətli müqaviləm var və ən azı mövsümün sonuna kimi bu komandadayam. Bundan sonra rəhbərliyin uyğun bildiyi şəkildə addım atacam. Yenə də deyirəm mən “Neftçi”nin yetirməsiyəm və nəyə nail olmuşamsa bu “Neftçi”nin hesabına olub. Klub prezidenti Sadıq Sadıqovun qayğısını hər zaman üzərimizdə hiss etmişik. Onun zəhmətini boşa vermərik və inanıram ki, bu mövsüm ardıcıl 3-cü çempionluğu yaşadıqdan sonra ölkə xaricinə çıxıb orada da ölkəmizi layiqincə təmsil edəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail