Fatih Terim: "Komandamıza yeni bir aslan qatdıq"

09.02.2013 | 4266 dəfə oxunub

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Didye Droqbanın gəlişinə münasibət bildirib. Stadium.az xəbər verir ki, İmperator verdiyi açıqlamada bu möhtəşəm transferə görə klub rəhbərliyinə minnətdarlığını bildirdi: "Bu transfer camiamıza xeyirli olsun. İlk növbədə Droqbaya "Qalatasaray"a xoş gəldin deyirik. Dünyanın ən yaxşı hücumçularından biri "Qalatasaray"ın formasını geyəcək. Onun möhtəşəm karyerası haqda hər birimizin geniş məlumatı var. Droqbanın gəlişində əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşıdakı oyunlara hazırlıqlarımızı hər zamanki qaydada davam etdirəcəyik. Droqba önəmli isimdi, önəmli bir karyerası var. Onu burada görməkdən son dərəcə şadam. Əminəm ki, Droqba burada özünü evindəki kimi hiss edəcək. Yeni komanda yoldaşları ilə tanış oldu. Amma hər kəs bilsin ki, mənim üçün Droqba, Sneyder və ya bir başqası yox, bütün "Qalatasaray"lılar önəmlidir. Komandamıza yeni bir aslan qatdıq". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail